İdman

Zeedorf: “PSJ kimi “Siti”nin də belə oyunlar üçün xarakteri yoxdur”

Klarens Zeedorf hesab edir ki, “Mançester Siti” və PSJ-də Çempionlar Liqasını qazanmaq üçün lazımi xarakter yoxdur. “Mançester Siti” və PSJ kimi klublar üçün belə matçlar xarakterik deyil. “Real Madrid”in xarakteri elə bir şeydir ki, onu bir ildə, iki, hətta 10 ildə yaratmaq olmaz. Söhbət kluba gələn və özlərini özündən daha böyük bir şeyin bir hissəsi […]

Siyasət

Yuliya Qrişina: “Hüseyn Abdullayevlə bağlı Ukrayna baş prokuroruna sorğu göndərəcəyəm” – Kiyevdən MÜSAHİBƏ

“Bildiyiniz kimi, Putin İttifaqın dağılmasını ağrılı keçirir və onu bu və ya digər formada bərpa etmək istəyir. Azərbaycan öz mövqeyi ilə göstərir ki, keçmişə qayıtmaq niyyətində deyil. Ölkəniz Ukraynanın ərazi bütövlüyünə hörmət edir və müstəqil dövlət kimi onunla mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətindədir”. Bunu Oxu.Az-a müsahibəsində Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasından olan deputat, Ali Radanın […]

Cəmiyyət

TƏBİB: “Bəzi xəstəxanalarda nöqsanlar aşkarlanıb” – SİYAHI

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşların qəbulu, vətəndaş müraciətlərinə baxılması, kargüzarlıq, eləcə də Elektron Sənəd Dövriyyəsi işinin təşkili, nəzarətin gücləndirilməsi və bu istiqamətlərdə tibb müəssisələrinə dəstəyin göstərilməsi məqsədilə monitorinqlər keçirilir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Bildirilib ki, bu istiqamətdə aşkar edilən nöqsanlar aktlaşdırılıb, nöqsanların aradan qaldırılması üzrə metodik tövsiyələr verilib. Monitorinqlər Mingəçevir, […]

Siyasət

Kamran Əliyev Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edir – FOTO

Azərbaycan Baş prokuror Kamran Əliyev Palermo şəhərində keçirilən Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edir. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, tarixi Norman ədalət sarayında işinə başlayan tədbiri İtaliyanın Baş prokuroru Covanni Salvi açıq elan edib. O, çıxışında müasir dövrün çağırışlarına uyğun olaraq prokurorluq sisteminin inkişafı, insan hüquqlarının qorunmasında prokurorluğun rolu, mütəşəkkil cinayətkarlığa […]

Dünya

Kadırov özünü biabır etdi: Tutulduğu bəyan edilən kənd cəbhə xəttindən 100 km aralıdadır – FOTO/VİDEO

Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı qoşunlarının “qələbələrindən” danışaraq, növbəti dəfə özünü “Tik-Tok” biabır edib. Bu dəfə o, Luqansk vilayətinin Svetliçnoye kəndinin tutulduğunu bəyan edib. Məsələ burasındadır ki, bu yaşayış məntəqəsi 8 ildir əvvəl separatçılar tərəfindən tutulub. Çeçenlərin “qələbəsi” haqqında mesaj Kadırovun “Telegram” hesabında yer alıb: “Svetliçnoye qəsəbəsi tamamilə azad edilib. Əziz qardaşımız general-mayor Şarip Delimxanovun […]

Dünya

Lukaşenko: “Müharibənin bu şəkildə uzanacağını düşünmürdüm”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Ukraynadakı müharibə   əməliyyatlarının gedişi ilə kifayət qədər tanış olmadığını, lakin bu müharibənin onun gözləmədiyi şəkildə uzandığını qeyd edib. O, bu fikirləri “Associated Press” agentliyinə müsahibəsində bildirib. “Mən bu müharibənin bu şəkildə uzanacağını düşünmürdüm. Bu problemin o qədər də içində deyiləm ki, ruslar üçün, özlərinin dediyi kimi, plana uyğun gedib-getmədiyini deyə […]

Dünya

Almaniya prezidenti Ştaynmayer ilə Zelenski arasında telefon danışığı olub

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. Bu barədə cümə axşamı Almaniya Prezidenti Administrasiyasından məlumat verilib. “Hər iki lider söhbəti çox vacib və çox yaxşı adlandırıb. Keçmişdə yaranmış anlaşılmazlıq aradan qaldırılıb. Hər iki prezident yaxın təmasda qalamaq barədə razılığa gəliblər”, – deyə mesajda qeyd edilir. Danışıqlar Ştaynmayerin Kiyevə səfərini ləğv etmək […]

İqtisadiyyat

Bakıda Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisi KEÇİRİLƏCƏK

18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgiləri keçiriləcək. Sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunacaq. Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə […]

Siyasət

Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib: Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı […]

Kriminal

Azərbaycanda polisə silahlı müqavimət göstərən narkokuryer zərərsizləşdirildi – ANBAAN VİDEO

Azərbaycanda polisə silahlı müqavimət göstərən narkokuryerin görüntüləri yayılıb. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində transmilli mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıblar. Belə ki, Baş İdarəyə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik vasitəni iki nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat […]