Cəmiyyət

Azərbaycanla BMT arasında “Mədəniyyət naminə sülh” qlobal çağırışının fəaliyyət planı imzalanıb – FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında “Mədəniyyət naminə sülh” (“Peace4culture”) qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalanma mərasimi keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında baş tutan mərasimdə Azərbaycanın, Albaniyanın, Ermənistanın, ABŞ-ın, İspaniyanın, Pakistanın və s. üzv dövlətlərin BMT-dəki daimi nümayəndələri iştirak […]

Dünya

ÜST: “Pandemiya səbəbindən 15 milyon insan ölüb”

Dünyada izafi ölüm halları 14,9 milyon nəfər təşkil edib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib. Qeyd olunub ki, izafi ölüm halları birbaşa (xəstəlik) və dolayısı ilə (pandemiyanın səhiyyə sistemi və cəmiyyətə təsiri) COVID-19-la bağlı olub. Koronavirus və pandemiyanın təsirindən ən çox ölüm Cənub-Şərqi Asiya, Avropa və Amerikada (86%) qeydə alınıb. Həmçinin, kişilər arasında […]

Dünya

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Bunu cümə axşamı, mayın 5-də baş nazir Fumio Kişida Londonda Böyük Britaniyanın baş naziri Boris Conson ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. Kişidanın sözlərinə görə, yeni məhdudiyyətlər paketi dörd əsas sahədən ibarətdir. Tədbirlər siyahısına 140 fiziki şəxsin aktivlərinin dondurulması da daxildir. Bundan əlavə, Yaponiya sanksiya məhdudiyyətlərinə məruz […]

Təhsil

SDU-nin rektoru Elxan Hüseynov yola salınır? – SƏBƏB: Rüşvət və tələbə ölümü

Xəbəral.az xəbər verir ki, Son vaxtlar Azərbaycan Təhsili inkişaf etsə də nədənsə Sumqayıt Dövlət Universitetinin bu inkişafdan nə xəbəri, nə də inkişafa can atmağı var.Hamımız yaxşı bilirik ki,Təhsil dövlətin “onurğa sütunudur”. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ölkə təhsilinin inkişafı üçün lazımı diqqəti göstərdiyi bir vaxtda SDU-da isə şıdırığı pul yığımı geniş vüsət alıb. […]

Dünya

Lukaşenko: “Belarusun Ukraynada Rusiyanın xüsusi əməliyyatında iştirakına ehtiyac yoxdur”

Belarus Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında iştirak etmək niyyətində deyil. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində deyib. “Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatında iştirak etmək fikrində deyilik, çünki buna ehtiyac yoxdur”, – dövlət başçısı bildirib. Prezidentin sözlərinə görə, Belarusun təklif edə biləcəyi hər şey artıq Rusiyanın özündə var. Mənbə: belta.by Xeberal.az

Mədəniyyət

Tbilisi Şəhər Şurasında Əhməd Cavadın 130 illiyi qeyd olunub – FOTO

Tbilisi Şəhər Şurasında (sakrebulo) Azərbaycanın böyük şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunan “Ölməz qələm cəngavəri” adlı tədbir keçirilib. “Report” xəbər verir ki, xatirə gecəsi Tbilisi meriyasının dəstəyi, sakrebulo və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Öncə gürcü kişi xorunun ifasında Gürcüstan və Azərbaycanın dövlət himnləri təqdim […]

Dünya

İsraildə terror aktı: Ölən və yaralananlar var

İsrailin Elad şəhərinin mərkəzində Müstəqillik Günü şənliyi zamanı terror aktı baş verib. Şahidlərin sözlərinə görə, şəhərdə atışma səsləri eşidilib. Terrorçular üç dinc sakini öldürüb, daha dörd nəfər isə ağır yaralanıb. Milli təcili yardım xidmətinin baş direktorunun sözlərinə görə, zərərçəkənlər güllə yarası alıblar. O, terrorçuların iki nəfər olduğunu güman edib və cinayətkarların hadisə yerindən qaçdıqlarını bildirib. Hazırda […]

Dünya

Dumanın spikeri: “Rusiyada səfərbərlik olmayacaq”

Rusiyada səfərbərlik olmayacaq. Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin cümə axşamı “Komsomolskaya Pravda” radiostansiyasına müsahibəsində bildirib. “Yox, yox, yox”, – deyərək o, müvafiq sualı cavablandırıb. “Mən bunu sizə həm efirdə, həm də efirdən kənarda deyə bilərəm”, – o əlavə edib. Xeberal.az

Cəmiyyət

Dağ kəndlərinə gedən yolda sürüşmə aktivləşib – VİDEO

Astaranın dağ kəndlərinə gedən yolda sürüşmə aktivləşib. Belə davam edərsə, yol tamamilə yararsız hala düşəcək və təhlükəli vəziyyət yaranacaq.  Söhbət Təxtənəkəran – Toradi yolundan gedir.  Ölkə başçısının sərəncamı ilə 2017-ci ildə tikilərək istifadəyə verilən asfalt yolda zaman keçdikcə iri çalalar və çökmələr əmələ gəlib.  Kənd sakinləri bildirib ki, yolların bərbad vəziyyətdə olması onların gediş-gəlişində problem […]

Dünya

Putin Lavrovun sözlərinə görə İsraildən üzr istədi

Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub. Baş nazirin ofisindən verilən məlumata görə, Putin Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün öncə yəhudilər barədə dediyi sözlərə görə İsrail hökumət başçısından üzr istəyib. Bennetin üzrxahlığı qəbul etdiyi və izahat üçün təşəkkür etdiyi bildirilib. Mənbə: “RİA Novosti” Xeberal.az