Təhsil

SDU-nin rektoru Elxan Hüseynov yola salınır? – SƏBƏB: Rüşvət və tələbə ölümü

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Son vaxtlar Azərbaycan Təhsili inkişaf etsə də nədənsə Sumqayıt Dövlət Universitetinin bu inkişafdan nə xəbəri, nə də inkişafa can atmağı var.Hamımız yaxşı bilirik ki,Təhsil dövlətin “onurğa sütunudur”.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ölkə təhsilinin inkişafı üçün lazımı diqqəti göstərdiyi bir vaxtda SDU-da isə şıdırığı pul yığımı geniş vüsət alıb.

Əvvəllərdə Azərbaycan mətbuatında SDU-da olan özbaşnalıqlarla bağlı neqativ yazılar dərc olunurdu, lakin Təhsil Nazirliyi sözügedən Universitetin rektorluğunu dəyişib Elxan Hüseynovla əvəzləsə də bu heç nəyi dəyişmədi. Bir sözlə SDU-da “pulun varsa oxu, yoxsa get özünü öldür”şüarı ilə tədrislər aparılır.

Adlarının şərti olaraq saxlanmasını istəyən bir neçə SDU-da təhsil alan tələbə Xəbəral.az saytına müraciət edərək təhsil aldıqları ali məktəbdə rüşvətə son qoyulmasını Təhsil Nazirliyindən və digər aidiyyatı qurumlardan kömək istədilər.Bunlardan (adları şərti) Vüqar Musayev,Tərlan Qubadov, Vüsalə Baxışova,Sevil Yusibova və bir çoxları burada müəllim işləyən Mehman müəllimin əli ilə hər imtahan öncəsi oxudun-oxumadın imtahanın biri 200 manat,qiymət kitabçalarına isə 150man pul yığılmasının həyata keçirdiklərini bildirdilər.

Təxminən il yarım bundan öncə bir tələbəni yaxşı oxuya-oxuya, pulu olmadığından imtandan kəsildiyi üçün valideyinlərindən qorxaraq intihar etməsi buna bariz nümunədir.Biz də Xəbəral.az saytı olaraq bir çox SDU-da təhsil alan tələbələrin və valideyinlərinin şikayətini nəzərə alaraq kiçik bir jurnalist araşdırması etdik. Doğrudan maraqlıdır Elxan Hüseynov savadlı və əsl peşakar kimi cəmiyyətə tədim olunur. Belə ki,Təhsil Nazirliyi böyük etimad göstərərək Elxan Hüseynovu rektor təyin edir, çox keçmir cənab prezidentimiz İlham Əliyev Elxan müəllimə şöhrət ordeni verir.Onda belə çıxır Elxan Hüseynovun özünə güvənliyi SDU-nun rektoru olmağını onun öz yadından çıxarır.Bəlkə də bu olanların heç birindən onun xəbəri yoxdu ,ya da ki, tələbələrdən yığılan pullar birbaşa onun cibinə axır!?

Hamıya məlumdur ki,Təhsil Naziri Emin Əmrullayev şəffavlığın təmin olunması üçün hər bir mediaya açıq qapı günləri keçirdir, hətta müəllimləri işə qəbul imtahanlarına da mətbuat nümayəndələri dəvət olunub obyektivliyi yüksək səviyyədə qorumaq üçün bir çox əlverişli addımlar atır.


Xəbəral.az saytı olaraq biz də inanırıq ki, bizə SDU ilə bağlı ünvanlanan xoşagəlməz şikayət məktubları şəxsən Təhsil Naziri Emin Əmrullayev tərəfindən xüsusi nəzarətə götürüləcək və gələcəyimiz olan tələbələrin şəffav rahat oxuması üçün şərait yaradılacaq.


PS. SDU -da nələr baş verir? Bu Unverisitetdə niyə rüşvət yığışdırılmır? Daha kimlərdən və hansı tələbələrdən pullar yığılıb? Təhsil Naziri Emin Əmrullayevə neçə nəfər tələbə yazılı müracət yollayıb? Daha geniş Xəbəral.az saytının növbəti yazısında oxuya bilərsiniz.
Ardı var…

Qarşı Tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir