İdman

Zeedorf: “PSJ kimi “Siti”nin də belə oyunlar üçün xarakteri yoxdur”

Sharing is caring!

Klarens Zeedorf hesab edir ki, “Mançester Siti” və PSJ-də Çempionlar Liqasını qazanmaq üçün lazımi xarakter yoxdur.

“Mançester Siti” və PSJ kimi klublar üçün belə matçlar xarakterik deyil. “Real Madrid”in xarakteri elə bir şeydir ki, onu bir ildə, iki, hətta 10 ildə yaratmaq olmaz. Söhbət kluba gələn və özlərini özündən daha böyük bir şeyin bir hissəsi kimi hiss edən insanlardan gedir.

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılarsa, oyunçular çölə çıxa bilməzlər. Mançesterdə belə təzyiq yoxdur, orada hər şey başqa cürdür.

“Mançester Siti”nin oyunçuları bu kluba hörmətlə yanaşaraq, fərqli bir məsuliyyət səviyyəsinə malikdirlər”, – deyə “Kral klubu” və “Milan”ın keçmiş yarımmüdafiəçisi “Amazon Prime Video Italia”ya bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir