Dünya

Lukaşenko: “Müharibənin bu şəkildə uzanacağını düşünmürdüm”

Sharing is caring!

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Ukraynadakı müharibə   əməliyyatlarının gedişi ilə kifayət qədər tanış olmadığını, lakin bu müharibənin onun gözləmədiyi şəkildə uzandığını qeyd edib.

O, bu fikirləri “Associated Press” agentliyinə müsahibəsində bildirib.

“Mən bu müharibənin bu şəkildə uzanacağını düşünmürdüm. Bu problemin o qədər də içində deyiləm ki, ruslar üçün, özlərinin dediyi kimi, plana uyğun gedib-getmədiyini deyə bilim. Amma bir daha vurğulamaq istərdim ki, hiss edirəm bu müharibə uzandı”, – deyə Lukaşenko cümə axşamı “Telegram” kanalında yayımladığı müsahibəsindən bir fraqmentdə bildirib.

Putinlə qarşılıqlı münasibətlər barədə də fikir bildirən Belarus prezidenti Putini “böyük qardaşı” adlandırıb. O iddia edib ki, Putinin başqa heç kimlə onunla olduğundan daha yaxın, açıq və mehriban münasibəti yoxdur.

Çərşənbə axşamı Kremlin mətbuat xidməti bildirib ki, Putin və Lukaşenko telefon danışığında Rusiya – Belarus tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir