Dünya

Hindistan şirkəti Rusiyadan gələn kömürdən imtina edir

Hindistanın “Tata Steel” şirkəti Rusiyadan kömür idxalını dayandırmaq qərarına gəlib. Bu qərarın polad şirkətinin Qərbin sanksiyaları altına düşmək istəməməsi ilə bağlı olduğu bildirilir.   Hindistan şirkəti ölkədə kəskin kömür defisitinin olmasına baxmayaraq, Rusiya kömüründən imtina barədə qərar qəbul edib. Hindistanda elektrik enerjisi istehsalının təxminən 70 faizi kömürün payına düşür. Ölkədə bu növ yanacağın ehtiyatı ilin bu […]

Dünya

ABŞ, Norveç və Avstriya Ukraynanın büdcəsini təxminən yarım milyard avro artırıb

Ukrayna büdcəsinə Dünya Bankının donorları – ABŞ, Norveç və Avstriyanın hakimiyyət orqanları tərəfindən təxminən yarım milyard avro məbləğində qrant daxil olub. Bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib. 495 milyon avro Ukrayna iqtisadiyyatının bərpası sahəsində inkişaf siyasəti üçün ikinci kredit proqramı çərçivəsində alınıb. Marçenkonun sözlərinə görə, Kiyev yaxın vaxtlarda ABŞ-dan da 500 milyon dollar göndəriləcəyini gözləyir. […]

Dünya

Ancelina Coli: “Ukrayna xalqının dözümlülüyü və cəsarətilə qürur duyuram”

Bu yaxınlarda gözlənilmədən Lvova gələn Hollivud ulduzu Ancelina Coli Ukrayna xalqının dözümlülüyü və cəsarətinə heyran olub. Oskar mükafatlı aktrisa təəssüratlarını “The Daily Mail”-ə müsahibəsində bölüşüb. “Ukrayna xalqının dözümlülüyü, cəsarəti və ləyaqətini görməkdən qürur duyuram. Müharibənin bütün ukraynalı uşaqlara mənfi təsirini görmək dəhşətlidir”, – deyə Ancelina Coli bildirib. Mənbə: unian.net Xeberal.az

Dünya

UNESCO-nun media azadlığı konfransında Rusiyanın iştirakına icazə verilməyib

UNESCO Katibliyi Rusiyanın mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə media azadlığına dair konfransda iştirakına icazə verməyib. Bu barədə Ruiya Xarici İşlər Nazirliyindən məlumat verilib. “Təəssüf ki, Rusiyanın builki tədbirdə iştirakına icazə verilmədi. UNESCO Katibliyi forumun təşkilatçıları adından, böyük İT şirkətlərinin medianın işinə təsiri ilə bağlı xüsusi sessiyanın keçirilməsi, eləcə də panel diskussiyaları çərçivəsində ekspert […]

Cəmiyyət

Bakıda azyaşlı binadan yıxılaraq ölüb

Bakıda bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə şəhərin Xətai rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü S.Osmanova 10 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Azyaşlı hadisə yerində keçinib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Faktla bağlı Xətai rayon prokrorluğunda araşdırma aparılır. Xeberal.az

İdman

“Mançester Yunayted” 3 xalı 3 qolla qazandı – VİDEO

İngiltərə Premyer Liqasında 35-ci tura “Mançester Yunayted” – “Brentford” matçı ilə yekun vurulub. Mankunianların 37 yaşlı hücumçusu Kriştianu Ronaldu bu dəfə də fərqlənməyi bacarıb. Onun 45-ci dəqiqədəki ilk qolu ofsayd səbəbindən VAR sayəsində ləğv edilsə də, 61-ci dəqiqədəki penalti vuruşu hesaba alınıb. Bü mövsüm Premyer Liqada 18 qolun müəllifi olan portuqaliyalı yalnız Salah və Sondan geri […]

Cəmiyyət

Xəstəxana 63 yaşlı kimsəsiz qocanı küçəyə atıb? – VİDEO

Bu gün səhər saatlarında Yeni Suraxanı dairəsi yaxınlığında sakinlər 63 yaşlı Mikayıl Həbibovu köməksiz vəziyyətdə tapıblar.  M.Həbibov iddia edir ki, dünən axşam saatlarında vətəndaşlar onu Qanlı Göl ərazisində arabada çətin hərəkət edən vəziyyətdə görüb, Təcili Tibbi Yardım Xidmətinə zəng ediblər. Tibb işçiləri onu ərazidən götürüb və 12 sayılı Suraxanı rayon xəstəxanasına yerləşdiriblər. Daha sonra xəstəxanadan […]

İdman

Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının 2023-cü il dünya çempionatının Avropa təsnifat mərhələsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub. UEFA İcraiyyə Komitəsinin Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəticəsində baş verib. Qərara əsasən, Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu komandanın apreldə Monteneqro və Malta ilə […]