Dünya

Alp dağlarında ixtiozavr qalıqları tapılıb

İsveçrənin Alp dağlarında tapılan üç ixtiozavrın qalıqları paleontoloqlar tərəfindən təsvir edilib. İki heyvanın uzunluğu 15 və 21 m təşkil edir. Məlum olan ən böyük ixtiozavr dişi də tapılıb ki, uzunluğu 15 sm-dir. Digər skeletdə isə diqqət çəkən gövdə fəqərəsi olub, bu, Avropada ən böyük və dünyada ikinci ən böyük fəqərə hesab olunur. İxtiyozavrların çəkisi təxminən […]

Dünya

ABŞ-ın Ukraynadakı diplomatik nümayəndəliyi işini bərpa edir

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin Lvova gəlib. Bu barədə şəhər meri Andrey Sadovoy “Facebook” səhifəsində məlumat verib. Bildirlib ki, da ABŞ-ın diplomatik nümayəndəliyi Ukraynada işini bərpa edib. Mer Ukrayna üçün lend-liz imkanına və göstərilən dəstəyə görə ABŞ hökumətinə təşəkkür edib. Xeberal.az

Dünya

Çinli bəyəndiyi maşını oğurlamaq üçün avtomobil zavodunda işə düzəlib

Çində 31 yaşlı Tszin Mou “BYD Qin” hibrid avtomobilinə olan həvəsinə görə həbsxanaya düşüb. Çanşa şəhər Yuyxua dairə məhkəməsinin yeni dərc edilən sənədlərinə görə, o, “BYD Qin” markalı avtomobili o qədər bəyənib ki, maşını istehsal edən fabrikdə işə düzəlib və həmin avtomobillərdən birini oğurlamağa qərar verib. İşə düzəldikdən iki ay sonra Mou hazır məhsulun anbara […]

Dünya

Rusiya işğalçıları Xerson vilayətində kurqanları dağıdırlar

Aprelin 30-da və mayın 1-də Xerson vilayətində mədəni irs obyektlərinin monitorinqi aparılıb. Məlum olub ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya hərbçiləri arxeoloji abidələri – yolların kənarında yerləşən kurqanları məhv edir. Bu barədə Xerson Regional Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Müfəttişliyi məlumat yayıb. Qeyd olunub ki, Zaporojye rayonu ilə sərhəddən (Drujbovka kəndi) Nikolayev rayonu […]

Dünya

İsveçrə ölkəyə giriş məhdudiyyətlərini ləğv etdi

İsveçrə 2020-ci ilin mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən ölkəyə giriş məhdudiyyətlərini ləğv edib. Miqrasiya üzrə Dövlət İdarəsi bəyan edib ki, mayın 2-dən İsveçrə ərazisinə dail olduqda peyvənd və ya COVID sertifikatı təqdim etmək tələb olunmur. Qurumdan bildirilib ki, Federal Ədliyyə və Polis İdarəsi bu qərarı “epidemioloji vəziyyətin müsbət təkamülünü nəzərə alaraq” […]

Dünya

Cek Nikolsonun məşhur baltası 175 min dollara satıldı

Stenli Kubrikin “The Shining” (“Parıltı”) filmindəki balta ABŞ-da hərracda satılıb. Məşhur əşya 175 min dollara alıcı tapıb. Hərracda 12 nəfər iştirak edib. Xoşbəxt alıcı isə iş adamı olub. Qeyd edək ki, filmdə qəhramanı canlandıran Cek Nikolson qapıları sındırmaq üçün məhz bu baltadan istifadə edir. Mənbə: ridus.ru Xeberal.az

Dünya

“Forsaj 10”un rejissoru Vin Dizelə görə layihəni tərk etdi

Castin Lin çəkilişlər zamanı Vin Dizellə yaranan problemə görə “Forsaj 10” filminin rejissoru postunu tərk edib. Məşhur aktyorun çəkilişlərə gecikdiyi, ssenarini öyrənmədiyi və lazımi fiziki forma saxlamadığı bildirilib. Qeyd olunub ki, Dizelin davranışlarına görə Lin 10-20 milyon dollarlıq qonorardan imtina edib. Xatırladaq ki, Castin Lin aprelin 27-də layihədən çıxdığını bəyan edib. O, bunun səbəbini “yaradıcı […]

Dünya

“Amazon” öz peyk internetini işə salacaq

Elektron ticarət və pərakəndə satış nəhəngi “Amazon” aşağı Yer orbitinə 3236 peyk buraxmağı planlaşdırır. Şirkət “Starlink”ə alternativ olaraq öz peyk şəbəkəsini yaratmaq və kosmosdan şəbəkəyə çıxış xidmətləri göstərmək istəyir. Layihə “Project Kuiper” adlanır. Aprel ayında “Amazon” layihəni reallaşdırmaq üçün üç müxtəlif təşkilatla çox milyardlıq müqavilə imzalayıb. Söhbət “Blue Origin”, “United Launch Alliance” və “European Arianespace”dən […]

Dünya

Türkiyəyə qar yağdı – FOTO

Rizənin dünyaca məşhur Anzer yaylasına qar yağıb. Mayın ilk günlərində yağan qar gözəl mənzərələr yaradıb. Dünəndən başlayan qar 2105 metr yüksəklikdəki ərazini ağ örpəyə bürüyüb. Yağıntı, həmçinin Qars vilayətinin yüksək yerlərində də təsirli olub. Yerli meteoxidmətin məlumatın görə, qarlı havanın yaxın günlərdə davam edəcəyi gözlənilir. Mənbə: “Haber Global” Xeberal.az

Dünya

Pakistanda yapon üslubunda ilk animasiya filmi yaradılacaq

Pakistan yapon üslubunda ilk animasiya filmini təqdim etməyə hazırlaşır. Cizgi filminin rejissoru “Mano Animation Studios” animasiya studiyasının yaradıcısı Usman Riaz olacaq. Gələcək layihə “Şüşə ustası” adlanır. Hekayədə baş qəhrəman Vinsent bu sənəti usta olan atasından öyrənir. Lakin birdən onların dinc həyatı sona çatır – Pakistanda müharibə başlayır. Vinsent polkovnikin qızı, violonçel ifaçısı Allisə aşiq olanda […]