Dünya

Rusiya işğalçıları Xerson vilayətində kurqanları dağıdırlar

Sharing is caring!

Aprelin 30-da və mayın 1-də Xerson vilayətində mədəni irs obyektlərinin monitorinqi aparılıb. Məlum olub ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya hərbçiləri arxeoloji abidələri – yolların kənarında yerləşən kurqanları məhv edir.

Bu barədə Xerson Regional Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Müfəttişliyi məlumat yayıb.

Qeyd olunub ki, Zaporojye rayonu ilə sərhəddən (Drujbovka kəndi) Nikolayev rayonu ilə sərhədə qədər (Davıdov Brod kəndi) mədəni irs obyektlərinin monitorinqi aparılıb.

“Vizual yoxlama əvvəllər daxil olan məlumatları təsdiqləyib: aktiv döyüş bölgələri istisna olmaqla, hərb tarixi abidələrinə heç bir ziyan dəyməyib; yolların kənarında yerləşən arxeoloji abidələr isə (kurqanlar) işğalçılar tərəfindən aktiv şəkildə dağıdılır”, – deyə hesabatda qeyd edilir.

Xerson vilayətinin kurqanları Qara dəniz çöllərinin qədim tarixinin ən geniş yayılmış və məşhur abidələridir. Onların ən zənginləri 2,5 min il əvvəl skiflər tərəfindən tikilib.

UNESCO müharibə zamanı Ukraynanın mədəniyyət abidələrinin qorunması layihəsinə başlayıb və bu məqsədlə telefonda “Backup Ukraine” adlı proqramdan istifadə etməyi təklif edir.

Mənbə: Unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir