Dünya

Pakistanda yapon üslubunda ilk animasiya filmi yaradılacaq

Sharing is caring!

Pakistan yapon üslubunda ilk animasiya filmini təqdim etməyə hazırlaşır.

Cizgi filminin rejissoru “Mano Animation Studios” animasiya studiyasının yaradıcısı Usman Riaz olacaq.

Gələcək layihə “Şüşə ustası” adlanır.

Hekayədə baş qəhrəman Vinsent bu sənəti usta olan atasından öyrənir. Lakin birdən onların dinc həyatı sona çatır – Pakistanda müharibə başlayır. Vinsent polkovnikin qızı, violonçel ifaçısı Allisə aşiq olanda ata və oğul arasındakı münasibətlər korlanmağa başlayır. Vətənpərvərliyin, ictimai rəyin sevgidən, yaradıcılıqdan, azadlıqdan daha çox qiymətləndirildiyi bir vaxtda iki aşiq gənc bunun əksini sübut etməli olur.

Hazırda studiyanın “YouTube” kanalında 11 dəqiqəlik videotizer yerləşdirilib.

Animasiyanın təqdimatı 2023-cü ilə planlaşdırılıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir