İdman

“Mançester Yunayted” 3 xalı 3 qolla qazandı – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında 35-ci tura “Mançester Yunayted” – “Brentford” matçı ilə yekun vurulub.

Mankunianların 37 yaşlı hücumçusu Kriştianu Ronaldu bu dəfə də fərqlənməyi bacarıb. Onun 45-ci dəqiqədəki ilk qolu ofsayd səbəbindən VAR sayəsində ləğv edilsə də, 61-ci dəqiqədəki penalti vuruşu hesaba alınıb. Bü mövsüm Premyer Liqada 18 qolun müəllifi olan portuqaliyalı yalnız Salah və Sondan geri qalır.

Oyuna gəlincə, ev sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmada yekun nəticə 3:0 olub.

Hazırda “qırmızı şeytanlar” turnir cəvdəlində 6-cı, onun rəqibi isə 14-cü yerdə qərarlaşıb.  

Qeyd edək ki, turun öncəki oyunlarında “Liverpul” “Nyukasl Yunayted”ə 1:0, “Mançester Siti” “Lids”ə 4:0 hesabı ilə qalib gəlib.

Dünən isə “Çelsi” səfərdə “Everton”a uduzub – 0:1, “Arsenal” qonaq meydanda “Vest Hem”dən üstün olub – 2:1.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir