Dünya

Rusiya Odessa hava limanına raket zərbələri ENDİRDİ

Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib. Bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb. Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil. Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub. Mənbə: UNİAN Xeberal.az

İdman

Bundesliqada iki oyunda 11 qol: “Borussiya” və “Bayern” məğlub oldular – VİDEO

Almaniya Bundesliqasının 32-ci turu maraqlı oyunlarla yadda qalıb. Evində “Bohum”u qəbul edən Dortmund “Borussiya”sı 3-4 hesabı ilə məğlub olub. Erlinq Holandın ikisi penalti zərbəsindən olmaqla 18, 30 və 62-ci dəqiqələrdə vurduğu qollara, qonaqların heyətində S.Polter (3-cü dəqiqə), G. Holtmann (səkkizinci dəqiqə), J.Lokadia (81-ci dəqiqə) və M.Pantoviç (85-ci dəqiqə) cavab verib. Beləliklə, son beş oyunda üç […]

Siyasət

Azərbaycan XİN Ararat Mirzoyana cavab verdi – FOTO + VİDEO

“Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan tarixə və mifologiyalara istinad halları bir qayda olaraq istifadə olunan təcrübə deyil. Qonşu Ermənistan xarici işlər nazirinin belə yanaşması rast gəldiyimiz həmin o nadir hallardandır”. Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-nın sualını cavablandırarkən deyib. “Ciddiyyətə geri dönsək, Azərbaycan dövlət başçısının qeyd […]

Cəmiyyət

Kanalda batan əsgərin meyiti TAPILDI

Aprelin 15-də Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq […]

Dünya

Sloveniya Ukraynaya maliyyə yardımı edəcək

Sloveniya hakimiyyəti Ukraynaya 179 min avro həcmində maliyyə yardımı ayıracaq. “Sloveniya Ukraynaya mobil telefonlar, kompüterlər, qaz generatorları, antenlər və kabellər şəklində maddi yardım göstərəcək”, – deyə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Ukraynaya monitorlu 40 dəst stolüstü kompüter, 60 notbuk, iki min anten və 39 ədəd kabel göndəriləcək. Yardımın ümumi məbləği 179 165 avro təşkil edəcək. Mart […]

Dünya

Əsir mübadiləsi çərçivəsində hamilə qadın evinə qayıdır

Ukrayna hakimiyyəti 14 ukraynalını, o cümlədən 5 aylıq hərbçini Rusiya əsirliyindən xilas edə bilib. Bu barədə Baş nazirin müavini İrina Vereşçuk məlumat verib. “Biz evə 14 insanımız: 7 hərbçi və 7 mülki şəxs ilə qayıdırıq. Bu mübadilə mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hərbçilərdən biri 5 aylıq hamilədir” – deyə Vereşçuk canlı yayımda […]

Cəmiyyət

Traktorla minik avtomobilinin toqquşduğu qəzada ölən şəxsin kimliyi AÇIQLANDI – YENİLƏNİB

Biləsuvarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub. “Report”un məlumatına görə, bu, rayonun Dərvişli kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Elçin Qəzənfər oğludur. Qəzada ağır xəsarət alan E.Əliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. 18:32 Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. […]

Siyasət

İlham Əliyevin silah trafiki və sərhədlərə dair xəbərdarlığı – TƏHLİL + FOTO

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Ermənistanla münasibətlərin normallaşması prosesinə dair iki elementi ifadə etməsi daha çox diqqət çəkir.  İlham Əliyev çıxışında keçmiş zamandakı hadisələrdən birinə vurğu etsə də, bu, həm də perspektivə ünvanlanan diktəedici siqnaldır.  Azərbaycan 2020-ci ilin iyul ayında Tovuzda şiddətli döyüşlərin bitməsindən sonra Ermənistanı silahlandıran […]

İqtisadiyyat

“Azəriqaz”dan bayram günləri ilə bağlı AÇIQLAMA

“Azəriqaz” İB Ramazan bayramı ilə əlaqədar 2 və 3 may tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz  təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 […]

Cəmiyyət

Bu gündən qapalı məkanlarda maska tələbi olmayacaq – RƏSMİ

Bu gündən etibarən tibbi maskadan istifadə tələbi məcburi olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 1-dən tibbi maska taxmasaq, nə buna görə irad tutan, nə də ki bizi cərimələyən olacaq. Eyni zamanda,  Azərbaycan Respublikasının beynəlxalq hava limanları ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan […]