Cəmiyyət

Traktorla minik avtomobilinin toqquşduğu qəzada ölən şəxsin kimliyi AÇIQLANDI – YENİLƏNİB

Sharing is caring!

Biləsuvarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

“Report”un məlumatına görə, bu, rayonun Dərvişli kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Elçin Qəzənfər oğludur.

Qəzada ağır xəsarət alan E.Əliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

18:32

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “PMK-9” adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir