Müharibə

Vətən müharibəsindən sonra xüsusi təyinatlıların sayı iki dəfə artırılıb – Prezident AÇIQLADI – VİDEO

“Bu gün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. […]

Cəmiyyət

Gizlətdikcə yayılan bəla: “8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər” – TƏHLİL

Biz hər şeyi ailənin üstünə atırıq. Ailə bacarmırsa, bu məsələni özbaşına buraxmaq olmaz. Kostyum geyinib, qalstuk taxıb videolar təqdim etməklə də bunun qarşısını ala bilmərik. Yeniyetmələrlə ayrı-ayrılıqda öz dillərində söhbət edilməlidir. Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. “8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər. Bəzən məktəblərin tualetlərində narkotik vasitələrin tapıldığını inkar edirlər. “Əvvəllər var idi, […]

Hadisə

Türkiyə hərbçisi şəhid oldu

Türkiyə təhlükəsizlik qüvvələri Şırnakda terrorçulara qarşı “Ərən blokada-5” (Eren abluka-5) əməliyyatını keçirir. Xəbəral.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı Türkiyə jandarmasının xüsusi təyinatlısı, çavuş Fatih Berkay Akgün şəhid olub. Xəbəral.az

Dünya

Ukrayna MN: “Rusiyada tam səfərbərlik elan oluna bilər”

Rusiya qoşunları Ukraynanın şərqində bütün istiqamətlərdə eyni vaxtda hücumun intensivliyini artırır, ən böyük fəallıq Slobojansk və Donetskdə müşahidə olunur. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksadr Motuzyanik bildirib. O vurğulayıb ki, Rusiya ordusunun əsas məqsədi hələlik dəyişməz olaraq qalır – Ukrayna müdafiə qüvvələrinin qruplaşmalarını mühasirəyə almaq, Donetsk, Luqansk və Xerson vilayətləri ərazisinə tam nəzarəti bərqərar […]

Siyasət

Qazaxıstan mətbuatı: “Azərbaycan azad edilmiş ərazilərin infrastrukturunu bərpa edir” – FOTO

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin infrastrukturunu yüksək templə bərpa edir”. Bu barədə Qazaxıstan Teleqraf Agentliyinin (KazTaG) müxbirinin Qarabağdan hazırladığı materialda qeyd olunub. “Qazaxstanlı ekspert və jurnalistlərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları jurnalistləri və ekspertləri yolların, körpülərin tikintisi, həmçinin Qarabağ regionunun ən böyük infrastruktur layihəsi olan Füzuli beynəlxalq […]

Cəmiyyət

Gənc qadın yaşadığı evin tövləsində intihara CƏHD ETDİ

Lerikdə gənc qadın intihara cəhd edib. “Report”un xəbərə görə, 2000-ci il təvəllüdlü E.Ağalızadə qadın yaşadığı evin həyətindəki tövlədə intihar etmək istəyib. Lakin qohumları onu xilas edib. E.Ağalızadə təcili yardım xidmətinin köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Gənc qadına beyninə qan çatışmazlığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

Ukrayna ordusu Xarkovda bəzi yaşayış məntəqələrini azad etdi

Ukrayna hərbçiləri Xarkov vilayətində dörd yaşayış məntəqəsini – Verxnyaya Roqanka, Russkaya Lozovaya, Slobodskoye və Prilesnoyeni azad ediblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunur ki, Slobojansk istiqamətindən Rusiya ordusunun qruplaşmaları Xarkov şəhərinə aviasiya və artilleriya zərbələri endirməyə davam edir. Mənbə: Unian.net Xeberal.az

Dünya

Sumqayıtdakı yanğının görüntüsü “The National”ın “günün ən yaxşıları” arasında – FOTO

“Azərsun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda baş vermiş yanğınla bağlı çəkilmiş foto dünya mətbuatının gündəminə düşüb. Belə ki, “The National” nəşri aprelin 29-u üçün seçdiyi dünyadakı ən yaxşı fotolar sırasında “Reuters” agentliyi tərəfindən yanğın zamanı çəkilmiş fotonu da təqdim edib. Həmçinin Polşanın Lodz şəhərində fillərin hovuzda çimməsi, Şimali Koreya […]

Cəmiyyət

Siyəzəndə iki yaşlı uşaq ağ nefti içdi

Siyəzəndə daha bir valideyn ehtiyatsızlığı baş verib. Bizim.media.az xəbər verir ki, rayonun Gilgilçay qəsəbəsində 2 yaşlı oğlan uşağı ağ neft içib. Uşaq dərhal Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. Uşağın mədəsi yuyulduqdan sonra paytaxtdakı Toksikologiya Mərkəzinə göndərilib. Qeyd edək ki, Siyəzəndə bir neçə gün əvvəl digər bir azyaşlı uşaq kimyəvi məhlul içmişdi. Xeberal.az

İdman

“Real Madrid” yubiley, Ançelotti tarixi çempionluq əldə edib – VİDEO

Real Madrid” komandası tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub. “Kral klubu” yubuley çempionluğunu La Liqada sona 4 tur qalmış əldə edib. XXXIV turda “Espanyol”u qəbul edən paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib. “Santyaqo Bernabeu” stadionunda keçirilmiş matçda qolları 33-cü və 43-cü dəqiqələrdə Rodriqo, 56-cı dəqiqədə Marko Asensio və 81-ci dəqiqədə Kərim […]