Mədəniyyət

İlham Əliyev Xalq artistinə ev hədiyyə etdi

Azərbaycanın Xalq artisti Ənvər Həsənova ev hədiyyə edilib. Bir müddət bundan əvvəl Xalq artisti Ənvər Həsənova Prezident İlham Əliyev tərəfindən ev hədiyyə olunub. Ənvər Həsənov məlumatı manset.az-a tədiq edərək Prezidentə təşəkkür edib. “Allah cənab prezidentimizi qorusun! O mədəniyyət adamlarına həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Mənə də ev hədiyyə edib. Minnətdaram, bu həm də […]

Xarici siyasət

Azərbaycan Rusiyaya nota verdi

1 avqust 2021-ci il tarixində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat daxil olub. Görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və […]

Hərbi

Müdafiə Nazirliyi məlumat yaydı — VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz olaraq xidmət aparılır və yüksək səviyyədə döyüş növbətçiliyi təşkil olunur. Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının […]

Ölkə

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilir

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm […]

Asiya

Türkiyədəki yanğınlarla bağlı SON XƏBƏR

“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”. XəbərAl.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi […]

Müharibə

Ermənilər Naxçıvanı atəşə tutdu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. XəbərAl.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Cavab atəşi ilə qarşı tərəf  susdurulub. Hazırda bu istiqamətdə vəziyyət […]

İdman

Tokio olimpiadasında koronavirusa yoluxanların sayı 264-ə çatdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb. “XəbərAl.az” Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 18 nəfərin testi müsbət çıxıb. Onlardan biri idmançıdır. Beləliklə, Tokio olimpiadasında infeksiya aşkarlanan şəxslərin sayı 264-ə çatıb. Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.

Dünya

Rusiya Türkiyəyə 5 yanğınsöndürən İl-76 təyyarəsi göndərib

Rusiya Türkiyədəki meşə yanğınlarının qarşısının alınması məqsədilə 5 İl-76 40 tonluq sututumlu yanğınsöndürən təyyarə və 3 ədəd Mi-8 vertolyotu göndərib. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyasının yaydığı xəbərdə deyilir. Administrasiyadan verilən xəbərə görə, Ərdoğanla Putin arasında baş tutan telefon danışığında Türkiyə prezidenti Moskvaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Asiya

İraqda iri neft emalı müəssisəsinə raket zərbəsi endirilib

İraqın şimalında neft şirkətlərindən birinə məxsus iri müəssisə raket hücumuna məruz qalıb. XəbərAl.az xəbər verir ki, bu barədə “Əs-Sumariya” telekanalı məlumat yayıb. Sözügedən müəssisənin Bağdaddan 200 kilometr şimal-qərbdə Səlahəddin əyalətində yerləşdiyi ehtimal olunur. Atılan mərminin kustar üsulla hazırlandığı qeyd olunsa da, hadisə zamanı ölən və ya yaralıların olub-olmaması açıqlanmayıb.

Gündəm

Ərdoğan: “Baş verən yanğınlardan birinə uşaqlar səbəb olub”

“Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, digərlərinin səbəbkarları araşdırılır”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyədə Marmarisdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə Prezidenti deyib ki, meşələri yandıranlar tapılıb ciddi şəkildə cəzalandırılacaq: “Milasdakı yanğnla əlaqədar bir şübhəli saxlanılıb. Zərər çəkən bütün vətəndaşlarımıza da dəymiş ziyan ödəniləcək”. R.T.Ərdoğan meşə yanğınlarının söndürülməsi və daha […]