MDB

Gürcüstan parlamentində insident baş verib

Gürcüstan parlamentinin növbədənkənar sessiyasının plenar iclasında qarşıdurma baş verib. “Report”un yerli bürosu xəbər verir ki, ölkənin daxili işlər naziri Vaxtanq Qomelaurinin iclas zalına daxil olması səs-küyə səbəb olub. Nazir çıxışına vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ailəsinə başsağlığı verməklə başlayıb. Bu zaman müxalifət partiyalarının nümayəndələri əllərində operatorun fotoşəkilləri ilə tribunanın qarşısında dayanıblar. Onlar bildiriblər […]

Siyasət

İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər — FOTO

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşıladı. Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdirdilər.

Bölgə

Avropa İttifaqı Şurasının Prezidenti Şamaxı Cümə məscidində — FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 18-də Şamaxıda olub. XəbərAl.az xəbər verir ki, qonaq Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qarşıladı. Məscidin imamı Mərhəmət Mustafayev qonağa dini məbəd ilə […]

İncəsənət

İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi — FOTO

Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura 4 otaqlı mənzil hədiyyə edib. XəbərAl.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb. Əli Nur diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib: ​“Mənim üçün, ailəm üçün böyük sevinc oldu. Şəhərin gözəl bir yerində geniş mənzildir. Bu​ mənzil bizim […]

Xarici siyasət

Peru prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi — FOTO

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Peru Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Fransisko Saqastiyə təqdim edib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident Fransisko Saqastiyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Peru prezidenti onun da dərin ehtiramını […]

Dünya

Almaniyada təyyarə qəzasısında üç nəfər öldü

Almaniyanın Baden-Württemberg əyalətinin Böblinqen bölgəsində yüngül mühərrikli bir təyyarənin qəzaya uğrayıb. “XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə SWR televiziya və radio şirkəti məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində üç nəfər ölüb. Ölənlərin hələkii şəxsiyyətləri müəyyən edilməyib. Cəsədlərin axtarışı üzrə işlər davam etdirilir.

Xarici siyasət

Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir. XəbərAl.az-ın xəbərinə görə, Aİ Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyub. O, buradan Bakının mənzərəsini də seyr edib. Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol […]

Ölkə

Ölkədə 4 gün ictimai nəqliyyat işləməyəcək

18 iyuldan 22 iyula qədər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq. XəbərAl.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib. Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti […]

Xarici siyasət

Şarl Mişel Bakıya gəldi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. XəbərAl.az xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad […]