Gündəm

Azərbaycanda yaşı 16-dan aşağı olan şəxslərə qadağa qoyuldu — Əli Əsədov qərar imzaladı

Baş nazir Əli Əsədov “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərar imzalayıb. XəbərAl.az xəbər verir ki, qərara əsasən, “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” […]

Müharibə

DSX: “Harop” PUA-ları və AN-2 təyyarələri müharibədə düşmənə ciddi zərbələr vurdu

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbay­can Prezi­den­ti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin 18 fevral 2005-ci il­ tarixli sərəncamı əsa­sında Dövlət Sər­həd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması ilə ölkəmizin dəniz sər­hədlərinin mühafizəsinin […]

İdman

PSJ 22 yaşlı futbolçuya qiymət qoydu: 200 milyon avro!

PSJ futbolçusu Kilian Mbappenin transfer dəyərini müəyyənləşdirib. XəbərAl.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Paris klubu 22 yaşlı hücumçuya 200 milyon avro qiymət qoyub.  Fransalı oyunçununu paytaxt təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayında başa çatacaq. Qeyd edək ki, Mbappe bu mövsüm 29 matça çıxaraq, 21 qol vurub və 9 […]

Müharibə

21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın nəzarətinə verilir

Ermənistanın Sünik bölgəsindən (Zəngəzur)  keçən Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq. XəbərAl.az-ın məlumatına görə, bu xəbəri Ermənistanın yerli mediası “Hraparak” (“Meydan”) qəzetinə istinadən yayıb. Məlumatda bildirilib ki, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. Üç ilədən sonra isə yolun həmin hissəsi tamamilə Azərbaycanın […]

İqtisadiyyat

140 illik Horadiz-Ağbənd dəmir yolu bərpa olunur – Video

Fevralın 14-də Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlini qoyub. XəbərAl.az-ın məlumatına görə, dəmir yolunun böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu […]

AKTUAL

DTX: Ümumdövlət mənafelərinə ziyan vuran əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir.

Ümumdövlət mənafelərinə ziyan vuran əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılmışdır. XəbərAl.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin […]

MDB

ABŞ-da vətəndaşlıq almaq istəyənlərin NƏZƏRİNƏ

Birləşmiş Ştatlar Konqresinin Senatında demokratların lideri Çak Şumer və onun partiyadaşı Robert Menendes miqrantlara ABŞ vətəndaşlığı alması üçün fürsətlər yaradacaq layihəni qanunverici orqana təqdim ediblər. XəbərAl.az xəbər verir ki, bu barədə Şumer özünün tvitter səhifəsində qeyd edib. Onun sözlərinə görə, “Vətəndaşlıq Qanunu”nu təsdiqlənməsi Konqresin edə biləcəyi ən vacib işlərdən biridir. Senator bildirib ki, qanun dağılmış immiqrasiya […]

Müharibə

ABŞ-da bu şəhərin meri Xocalı soyqırımı ilə bağlı qərar verdi

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib. XəbərAl.az xəbər verir ki, şəhərin meri xanım Coy Kuper tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır. […]

Hadisə

Bakıda Lənkəranskinin qardaşının restoranında ƏMƏLİYYAT

Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin restoranında əməliyyat keçirilib. XəbərAl.az xəbər verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar. Həmin zaman insident yaşanıb və hüquq-mühafizə orqanları əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar. Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər […]

Sənaye və energetika

Azərbaycan neftinin qiyməti 65 dollara çatır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,55 ABŞ dolları, yaxud 0,86% artıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,7 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]