Gündəm manset

İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)

İmişlidə pandemiya ilə əlaqədar yaranan çətinlikləri əhali anlayışla qarşılayır. Çünki bütün ölkədə, hətta dünyada insanlar bu problemlə üz-üzə qalıblar. Hər ölkə individual şəkildə yaranan çətinlikləri həll edir. Amma elə şeylər var ki, insanlar onu başa düşmür. Söhbət İmişli kimi regional mərkəzə çevrilmiş rayon mərkəzinin sovetdən qalma köhnə bir bazara möhtac olmasından gedir. Halbuki rayonda inşa […]

Sosial

Bu gün Əfv komissiyası yeni müraciətlərə baxacaq

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə növbəti iclası keçiriləcək. XəbərAl.az-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Qeyd edək ki, komissiyanən yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib və 100-dən artıq müraciətə baxılıb. Novruz bayramına qədər komissiyaya daxil olan müraciətlərin baxılıb yekunlaşdırılması nəzərdə tutulur. (Trend)

Maqazin

24 milyonluq brilliantı alnına taxdı – Maraqlı səbəb + Fotolar

Amerikalı reper 24 milyon dollara aldığı brilliantı alnında gəzdirməyə qərar verib. XəbərAl.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı Lil Uzi Vert bir müddət əvvəl aldığı çəhrayı brilliantı itirməkdən, yaxud oğurlanmaqdan qorumaq üçün alnındakı pirsinq yerinə taxıb. Belə ki, 11 karatlıq qaşı alnına taxan reper belə bahalı brilliantı üzükdə daşımağın axmaqlıq olduğunu qeyd edib. O, […]

Mədəniyyət

Azad edilmiş ərazilərdə açıq səma altında muzeylər yaradıla bilər

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə açıq səma altında muzeylərin yaradılması, böyük tarixi əhəmiyyət daşıyacaq. XəbərAl.az xəbər verir ki, bunu mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib. Onun sözlərinə görə, bu məsələnin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gündəmə gətirilməsi, Azərbaycan ərazilərində […]

Dünya

Bu hakerlər altı ilə 1.3 milyard dollar oğurlayıb

ABŞ prokurorluğu Şimali Koreyanın üç vətəndaşını kibercinayətlərdə və dünya üzrə müxtəlif banklardan 1,3 milyard dollardan artıq oğurlamaqda ittiham edib. Bu barədə CNN məlumat yayıb. Telekanal qeyd edir ki, hərbi kəşfiyyatla əlaqəli hakerlər 2014-2020-ci illərdə xüsusi əməliyyatlar keçiriblər. Hakerlər mürəkkəb texnologiyaların tətbiqi ilə kinostudiyalara və kriptovalyuta treyderlərinə hücumlar ediblər.

Gündəm

Kəmaləddin Heydərov da “yola salınır”

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsindən sonra Fövqəladə Hallar naziri medianın diqqətinə gəlib. Uzun müddət az qala barəsində neqativ materiallar dərc edilməyən Kəmaləddin Heydərov indi bunun əksilə üzləşib. Vaxtilə həm iqtisadi, həm də siyasi təsir imkanları güclü olan “fövqəlnazir” indi sanki “vurulmuş məmur” təsiri bağışlayır. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət nümayəndələrinin dilindən kardinal islahatlara […]

Xarici siyasət

Ərdoğan-Putin danışığının pərdəarxası

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin Qarabağı müzakirə edib: rəsmi məlumatda iki məsələ qeyd olunur. – Qarabağda nəqliyyat-kommunikasiya xətlərinin məhsuldarlığı üçün 3 ölkə mütəxəssislərinin bir araya gəlməsi; – Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti; Birinci məsələ: Türkiyə bölgədəki bütün işlərdə (hərbidən tutmuş nəqliyyat xətlərinə qədər) yer almaq istəyir, alacaq da… İkinci məsələ: Mərkəzin […]

Cəmiyyət

“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

18 fevral 2021-ci il tarixində dövlət və özəl müəssisələrin iştirakı ilə “Əlilliyi olan şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi” adlı virtual dairəvi masa keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən “Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının […]

Təhsil

Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı uzadılıb. XəbərAl.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, sənəd qəbulunun vaxtı 19 fevral saat 10:00-a qədər uzadılıb. Daha əvvəl sənəd qəbulunun vaxtı 18 fevral saat 23:59-dək müəyyən edilmişdi. Bu gün saat 00:05-ə ərizəsini təsdiq edən bakalavrların sayı 19 […]

Bölgə

Suqovuşanda mina partladı – Ölən var

İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb. XəbərAl.az xəbər verir ki, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib. Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub. Faktla bağlı araşdırma aparılır.