İdman

DÇ-2022-nin bir sıra seçmə oyunları təxirə düşdü

2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan FIFA Dünya çempionatının Asiya qitəsi üzrə seçmə mərhələsinin bir çox oyunu təxirə salınıb. “Hürriyyət” nəşrinin məlumatına görə, koronavirus pandemiyası səbəbindən əksər Asiya ölkələri arasında səyahət məhdudiyyətlərinin mövcud olduğunu nəzərə alaraq, FIFA və Asiya Futbol Federasiyası tərəfindən seçmə oyunların böyük bir qisminin mart ayından sonra keçirilməsi qərara alınıb. Məlumata əsasən, yalnız […]

Dünya

Lavrov Türkiyənin Turan planından danışdı

Hesab edirəm ki, Türkiyə Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmür. XəbərAl.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, […]

Siyasət

Azərbaycan və Türkiyə arasında daha bir sənəd imzalandı – RƏSMİ

Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.  XəbərAl.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşım edib.  “Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə […]

Xarici siyasət

Ceyhun Bayramov Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdü – Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. XəbərAl.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar […]

Kriminal

“Azərsu”nun vəzifəli şəxsi cərimə olundu

Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb. XəbərAl.az xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib. “Araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə […]

MDB

Putin və Lukaşenkonun görüşünün tarixi məlum oldu

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşünün tarixi məlum olub. XəbərAl.az xəbər verir ki, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya və Belarus dövlət başçılarının görüşü fevralın 22-də Soçidə keçiriləcək. (APA) Qeyd edək ki, ötən gün A. Lukaşenko Rusiyaya səfər edəcəyini açıqlayıb.

Ana Səhfə Gündəm

Dövlət büdcəsi ilə tikilən Xizək Mərkəzi Vasif Talıbovun oğlunun şəxsi obyektidir — FAKT

Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi obyektidir. XəbərAl.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. 2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu Nəxşicahan Holdinq LTD şirkətlər qrupunun “Ağbulaq istirahət […]

Şou-Biznes

“Brilliant ancaq oğlanlara dəstək olur“ – Qalmaqal

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Ayan Babakişiyeva bu dəfə Xalq artisti Brilliant Dadaşova haqqında danışıb. XəbərAl.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Xəbər-Ətər” proqramında qonaq olan Ayan Xalq artistinin ancaq oğlanlara dəstək olduğunu deyib: “Brilliant Dadaşova hər zaman oğlan ifaçılara dəstək olur… Brilliant Dadaşovadan dəstək istəməmişəm. Hazırda da istəmək fikrim yoxdur. Bu […]

Cəmiyyət

Bakı ilə Dubay arasında uçuşlar bərpa olunur – RƏSMİ

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib AZAL-dan verilən məlumata görə, uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək. Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək. Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı […]

Asiya

İstanbulda sunami xəbərdarlığı

Türkiyədə gözlənilən zəlzələ sunamiyə səbəb ola bilər. “Hürriyet” xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin Zəlzələ Riskinin İdarəedilməsi və Şəhərsalma şöbəsinin müdiri Tayfun Qəhrəman deyib. Onun sözlərinə görə, əsas prioritet dağılma riski olan binaları müəyyənləşdirərək insan itkisini azaltmaqdır. Daha sonra mövcud infrastruktur və nəqliyyat şəbəkəsi fəlakətlərə davamlı edilməli, xüsusilə İstanbulda magistral yollar, körpülər fəlakətlərə hazır […]