Dünya

Pandemiyanın üçüncü dalğası ilə bağlı AÇIQLAMA

“COVID-19 pandemiyasının üçüncü dalğasının başlanması insanların davranışından asılı olacaq”. XəbərAl.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç “Rossiya 1” telekanalına müsahibəsində bildirib. “İkinci dalğa. Bəli, indi bütün dünyada onun azalması görünür. Lakin kifayət qədər kollektiv immunitet, baryer hələ yoxdur. Əgər ehtiyatlı olmasaq, bəli, üçüncü dalğa mümkündür”, – Vuynoviç deyib. […]

Xarici siyasət

Ceyhun Bayramov ATƏT-in həmsədrləri ilə Qarabağ bəyanatını müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü keçirilib. XəbərAl.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən […]