Ölkə

Sabah hava qarlı, küləkli olacaq

Fevralın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 18-də Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.  Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 2 dərəcəyədək isti olacaq. […]

Xarici siyasət

Ceyhun Bayramov rusiyalı həmkarı ilə müzakirə apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli razılaşmasının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəmdə duran aktual […]

MARAQLI

Canlı yayımda yatdı, qalxanda 16 min dollar qazandı

Asiyan Andi adlı bir “Twitch” yayımçısı canlı yayım açaraq yuxuya gedib. XəbərAl.az xəbər verir ki, o, yuxuya getmədən əvvəl səsli mesaj funksiyasını aktiv edib. İstifadəçilər hər dəfə onu oyatmaq üçün pul ianə etdikdə mesajları yüksək səslə oxunub. Nəticədə 26 yaşlı gənc qalxdıqda 16 min dolların sahibi olduğunu görüb. Ancaq təbii ki, yataraq pul qazanan ilk […]

İdman

Çempionlar Liqasının oyunlarını bu kanallar göstərəcək

Çempionlar Liqasının 1/8 final mərhələsində bu gecə keçiriləcək iki oyuna Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. XəbərAl.az xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək: AZƏRBAYCAN “CBC Sport” 00:00.”Portu” – “Yuventus” TÜRKİYƏ BeIN Sports HD 1 00:00.”Portu” – “Yuventus” BeIN Sports HD 2 00:00. […]

Xarici siyasət

Çavuşoğlunun Azərbaycana səfər proqramı məlum oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb. Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.

Ana Səhfə Gündəm

Əli Həsənov özünü rüsvay etdi — FOTOFAKT

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov “Facebook”dakı son paylaşımı ilə diqqəti yenidən üzərində cəmləməyi bacarıb. XəbərAl.az xəbər verir ki, Əli Həsənov 2017-ci ildə Xocalı faciəsi ilə bağlı qələmə aldığı kitabı yenidən təqdim edib. Maraqlısı odur ki, o, təqdimata bu sözləri yazıb: “Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində 2017-ci ildə nəşr etdirdiyim səkkiz xarici dildə tərtib […]

Tədbirlər

“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  6-7 mart 2021-ci il tarixlərində “21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın həyata keçirilməsində məqsəd ailə institunun möhkəmləndirilməsini, qadın və uşaq hüquqlarının qorunmasını, ölkədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslaşmasını və psixologiya sahəsinin […]

MARAQLI

Antarktida “qanlı” qar örtüyünə bürünüb – FOTO

Antarktidada Ukraynanın “Akademik Vernadski” stansiyasını “qanlı” qar örtüb. “Sputnik”in məlumatına görə, bu barədə Milli Antarktida Elm Mərkəzinin Mətbuat xidməti kadrlar yayıb. Bildirilir ki, narahat olmağa ehtiyac yoxdur. Qütb tədqiqatçıları bu təbiət hadisəsini hər il müşahidə edirlər. Elm adamlarının sözlərinə görə, Antarktida yayının sonunda qar “çiçəklənir” və qırmızı rəng alır. Bu rəng qarda mikroskopik yosunların inkişafı nəticəsində ortaya […]

Bölgə

Tovuzda zəlzələ oldu

Azərbaycan ərazisində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkan yerli vaxtla saat 02:38-də Qazax stansiyasından 35 km şimal-şərqdə Tovuz rayonu ərazisində 3.4 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Sosial

50 yaşdan yuxarı olanların diqqətinə

Bu gün səhər saatlarından ölkədə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. XəbərAl.az xəbər verir ki, sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürərək qeydiyyatda olduqları poliklinikalara yaxınlaşırlar. Qeyd edək ki, “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya […]