Asiya

Türkiyədə məscidin minarəsi güclü küləyə dözmədi — VİDEO

Türkiyənin Dənizli şəhərinin Pamukkale ilçəsində şiddətli külək ətrafdakı tikililərə ciddi zərər verib. “Haber Global”ın məlumatına görə, evlərin damlarını uçuran və ağacları yerindən qoparan külək məhəllədəki Böyük Məscidə də xətər yetirib. Belə ki, məscidin minarəsinin konusu “təbiətin şıltaqlığı” qarşısında tab gətirməyərək aşıb. İbadət evinin ətrafında lazımi təhlükəsizlik tədbirləri görülüb.  

Gündəm Manşetüstü

İcra başçısının sərvəti və satdığı mülklər – SİYAHI + FOTOLAR

Son vaxtlar ölkədə aparılan islahatlar çərçivəsində bir sıra məmurların sərvəti gündəmə gəlir. Hazırda sosial şəbəkələrdə müzakirə edilənlərdən biri də 10 ildir ki, Şəkidə icra başçısı vəzifəsini yerinə yetirən Elxan Usubovdur. XəbərAl.az “Bakupost.az”a istinadən xəbər verir ki, Elxan Usubovun Bakıda T.Şıxəliyev-6, Şəkidə L.Abdullayev-36, M.Ə.Rəsulzadə-293 ünvanlarında xidməti mənzilləri ilə yanaşı Ağstafada 1, Şəkidə 5 dəbdəbəli malikanəsi olduğu bildirilir. […]

Müharibə

Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir. Hərbi […]

AKTUAL

Azərbaycan 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq

Azərbaycan 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) iştirak edəcək. Bu barədə “TRT Haber” məlumat yayıb. Bu il tədbir Türkiyədə keçiriləcək və dörd gün ərzində davam edəcək sərgidə dünyanın 148 ölkəsindən 341 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. 25-28 mayda baş tutacaq sərginin Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi altında keçiriləcəyi bildirilir.

Hərbi

Özbəkistan Azərbaycanla birgə hərbi təlimlər keçirmək istəyir – FOTO

Fevralın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.  Səfiri salamlayan Müdafiə naziri bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi müdafiə sahəsində […]

Cəmiyyət

“8 noyabr” stansiyasında sınaq işləri aparılır – RƏSMİ

Metronun Bənovşəyi xətti üzrə inşa edilən sayca üçüncü – “8 noyabr” stansiyasında son tamamlanma işləri davam etdirilir. Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda yeni stansiyada infrastruktur qurulur: “Bu istiqamətdə işlər sürətləndirilib. İnfrastruktur dedikdə, yəni idarəetmə, hərəkətin təşkili, mühəndis – texniki qurğuların quraşdırılması, sazlanması […]

Tədbirlər

“Qarabağ Zəfəri” rəsm müsabiqəsinin nəticələri elan olunub – FOTO

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun ortaq layihəsi olaraq ötən ilin 15 dekabr 2020-ci il tarixində elan olunan, vətənimizin Qarabağ zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək məqsədi ilə elan edilmiş “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsinin qalibləri müəyyən edilib. Müsabiqə müddətində […]

Asiya

Ərdoğan Kılıçdaroğlunu sərt tənqid etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara İdman Mərkəzində AK Partinin 7-ci qurultayında çıxışında CHP sədri Kamal Kılıçdaroğlunun ünvanına sərt ifadələr səsləndirib. XəbərAl.az “Hürriyet”ə istinadən xəbər verir ki, dövlət başçısı çıxışında bir neçə gün öncə PKK tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşının ölümündə onu təqsirləndirən Kılıçdaroğluna cavab verib. “Utanmadan 13 şəhid haqqında “bunun səbəbkarı Prezidentdir” deyirsən. […]

Xarici siyasət

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edərək Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət […]

Gündəm manset

Heydərovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı – Siyahı

Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var. XəbərAl.az xəbər verir ki, Yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan bu şirkətlərin arasında ən böyük borc “Gilan Holding” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 607 min […]