Müharibə

Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır – VİDEO

Kəlbəcər rayonunu Azərbaycana təhvil verməli olan Ermənistan ordusunun artıq son bölmələri bölgəni tərk edir. Bu barədə “RİA Novosti” məlumat yayıb. Bölgəni tərk edən erməni dinc sakinləri kimi, hərbçilər də təxribatlara əl atır. Belə ki, erməni hərbçilər özlərindən sonra istifadə edilməməsi üçün hərbi hissələri, yataqxanaları və postları partladaraq məhv edir. Bütün bu proseslərə bölgəni tərk edən […]

İqtisadiyyat

Aqrar Sığorta Fondu Türkiyənin “Türk Re” şirkəti ilə razılıq əldə edilib

Aqrar Sığorta Fondunun nümayəndələri Türkiyədə səfərdə olub. Fonddan  verilən məlumata əsasən, nümayəndə heyəti aqrar sığorta sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün İstanbul şəhərində səfərdə olublar. Səfər zamanı nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı Sığortaları sistemi TARSİM-də, eləcə də “Türk Re” dövlət təkrar sığorta qurumu və başqa təşkilatlarda görüşlər keçirib. Görüşlərdə aqrar sığorta sahəsində təcrübə mübadiləsi, təkrar sığorta […]

AKTUAL

Nəsimi rayon İcra Hakimiyyətində video-müşavirə keçirilmişdir

Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, rayon bələdiyyəsi sədrinin, rayon təsərrüfat xidmətləri və Mənzil Kommunal Təsərrüfat Birliyi rəhbərlərinin iştirakı ilə video-müşavirə keçirilmişdir. Video-müşavirəni giriş sözü ilə açan RİH Başçısı Asif Əsgərov müşavirə iştirakçılarını Azərabaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali […]

Gündəm

RVT-da Nələr Baş Verir?

Xəbəral.az saytı xəbər verir ki, Respublika, Müharibə Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının (RVT) Təşkilat Şöbəsinin rəhbəri, polkovnik Nadir İsmayılovun verdiyi məlumata görə, RVT- nin sədri, 98 yaşlı general Tofik Ağahüseynov qanunsuz əməllərini gizlətmək üçün, cəsarətli kadrları təşkilatdan uzaqlaşdırmaqdadır, səbəbini istədiyi tərzdə yazmaqdan da çəkinmir. Bunlardan biri də mənəm. Yazmaqda məqsədim aidiyyatı qurumlara günahsız qurbanların səsini […]

Xarici siyasət

Neapol bələdiyələri Azərbaycanı dəstəkləyən sənəd qəbul edib

İtaliyanın Neapol şəhərinin Ottaviano bələdiyyəsi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd qəbul edib. Eyni adlı sənəd, habelə Neapol şəhərinin Liveri bələdiyyəsi tərəfindən də qəbul edilib. Bununla bağlı Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüz […]

Dünya

Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib

Rusiya prezidenti Vladimir Putin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı işinə kömək üçün məqsədyönlü şəkildə 2 milyon avroluq könüllü töhfəni yönəltmək təklifini dəstəkləyib. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya-24” telekanalına açıqlamasında deyib. Bölgənin humanitar ehtiyaclarından bəhs edən Lavrov Moskvanın ilk növbədə BMT sistemində bir çox beynəlxalq təşkilatlarla, o cümlədən Qaçqınlar üzrə Ali […]

Siyasət

Sahibə Qafarova miqrant problemində beynəlxalq təşkilatların təsirsizliyini səbəb kimi görür – FOTO

Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca Azərbaycan torpaqlarının işğalının davam etdirməsinə gətirib çıxarıb. Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən “Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi” […]

Xarici siyasət

Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb. “Rusiyalı sülhməramlıların Dağlıq Qarabağ bölgəsində fəaliyyətinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi üçün əlavə addımlar nəzərdən keçirildi. Həmçinin […]

İncəsənət

Xalq artisti vəfat etdi

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib. Bu barədə  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”. Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi […]