AKTUAL

Nəsimi rayon İcra Hakimiyyətində video-müşavirə keçirilmişdir

Sharing is caring!

Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, RİH Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, rayon bələdiyyəsi sədrinin, rayon təsərrüfat xidmətləri və Mənzil Kommunal Təsərrüfat Birliyi rəhbərlərinin iştirakı ilə video-müşavirə keçirilmişdir.

Video-müşavirəni giriş sözü ilə açan RİH Başçısı Asif Əsgərov müşavirə iştirakçılarını Azərabaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən qazanılmış qələbə münasibətilə təbrik edərək, həm ön cəbhədə, həm də ideoloji cəbhədə qazanılmış uğurlara görə Möhtərəm Prezidentimizə öz dərin minnətdarlığını bildirdi. Qeyd olundu ki, Möhtərəm Prezidentimizin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad olunan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin sırasına 10 noyabrda imzalanmış Bəyanatın nəticəsi olaraq Ağdam şəhəri də daxil edildi, yaxın günlərdə isə Kəlbəcər və Laçın rayonları da işğaldan azad ediləcəkdir. Bu gün Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizin yeni şanlı tarixi yazılır.

Sonra RİH Başçısı 2020-2021-ci illərin payız-qış mövsümünə hazırılıqın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrlə bağlı görülmüş işlər haqqında geniş məlumat verərək , bildirdi ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub, əsas və köməkçi məhəllədaxili yolların səkilərinin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.

Müşavirədə rayon təsərrüfatının 2020-2021-ci ilin payız-qış mövsümünə hazırlığının vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, müzakirələr zamanı “Azərişıq” ASC-nin Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin , rayon Sukanal idarəsinin, “Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsinin və Bakı Regional Qaz İstismar Departamentinin Nəsimi rayonu üzrə Texniki İstismar Xidmətinin rəhbərlərinin görülmüş işlər barədə arayışları dinlənilmiş və onlara müvafiq tapşırıqlar verilmişdir.

Müşavirədə Nəsimi rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı

profilaktik tədbirlər olaraq küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binalarının girişləri, lift kabinələri, məişət tullantıları konteynerlərinin dezinfeksiya olunduğu və bu işlərin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən davam etdirildiyi qeyd olundu.

Bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioliji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür, rayon ərazisində aztəminatlı ailələrə dəstək olmaq məqsədilə sosial aksiyalar davam etdirilir, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir.

 

Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti Başçısının, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və rayonun ayrı-ayrı əraziləri üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir.

Monitorinqlər zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.

Müşavirənin sonunda aidiyyəti təşkilatlara və məsul şəxslərə müvafiq tapşırıqlar verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir