Müharibə

Tərtərdə düşmən vandalizminin miqyasının qiymətləndirilməsi ilə bağlı AÇIQLAMA

“Artıq Tərtər şəhərində, dörd kənddə və bir qəsəbədə ziyan dəymiş 796 obyektə baxış keçirilib. Onlardan 147-si çoxmərtəbəli binalardakı mənzillər, 611 ədədi fərdi yaşayış evləri, 23 ədəd sahibkarlıq subyekti, altı ədəd sosial obyekt, dörd ədəd inzibati binadır”. Bunu Tərtər rayonu üzrə İşçi qrupunun rəhbəri Qubad Heydərov deyib. İşçi qrupunun rəhbəri bildirib ki, bu günə olan məlumata görə, daha 4100-dən yuxarı […]

İncəsənət

Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən filmi ilk dəfə beynəlxalq festivalda

Kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir. Filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar. Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən sənət əsərinin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk […]

İncəsənət

“Qurdlar Vadisi”nin aktyoru vəfat etdi

Türkiyənin teatr, serial və film aktyoru Devrim Parscan vəfat edib. Bu barədə “Haber Global” məlumat yayıb. “Qurdlar Vadisi”, “Bizim Ailə”, “Çiçək Taksi” və “Qurtuluş” kimi 100-ə yaxın serial və kino layihəsində rol alan Devrim Parscan 83 yaşında ölüb. Onun qocalıqla əlaqəli xəstəliklər səbəbindən vəfat etdiyi bildirilir.

İdman

“İnter” və “Real” futbolçuları arasında mübadilə aparacaq

Madridin “Real” klubu ilə Milanın “İnter” klubu futbolçuları arasında mübadilə etməyə hazırlaşır. Bu barədə “Sky Germany” məlumat yayıb. Belə ki, danimarkalı yarımmüdafiəçi Kristian Eriksen İspaniyaya köçəcək, onun həmkarı İsco isə “İnter”in baş məşqçisi Antonio Kontenin sərəncamında olacaq. Artıq “Real” və “İnter” təmsilçiləri arasında mümkün mübadilə barədə ilkin müzakirələr aparılıb.

Mədəniyyət

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi – FOTO

ABŞ-da fəaliyyət göstərən Harvard İncəsənət Muzeylərinin (Harvard Art Museums) veb-saytında rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının erməni mədəniyyəti kimi təqdim olunması barədə Mədəniyyət Nazirliyinə müraciət daxil olub. Mədəniyyət Nazirliyi tərəfindən Harvard İncəsənət Muzeyləri şəbəkəsinin veb-saytındakı rəqəmsal kolleksiyalar bölməsində yer alan həmin “Talış xalçası”nın (Eksponat nömrəsi: 1958.169) toxunulduğu məkanın artıq “Azərbaycan” olaraq düzəldildiyi məlum olub. Məsələ ilə […]

Dünya

Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”

Türkiyə ilə Rusiya arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə söykənir. TASS xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu deyib. Onun sözlərinə görə, hər iki dövlət arasında münasibətlərin müsbət dinamikada inkişafı davam edir. “Rusiya ilə münasibətlərimiz xarici siyasətimizin vacib tərəfidir. Türkiyə ilə Rusiya Federasiyası arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə […]

İqtisadiyyat

Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb. Bankdan verilən məlumata əsasən, məqsəd Gəncə şəhərinin qatı tullantılardan təmizlənməsi, bu istiqamətdə infrastrukturun yenilənməsi və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasıdır. Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb. Layihə Gəncə şəhərində tullantıların toplanma xidmətinin yaxşılaşdırılması dərəcəsinə, ətraf […]

Ölkə

Sabahın havası: Şaxta, yağış, duman…

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 […]