İqtisadiyyat

Gəncə şəhərinə 10 milyon avro həcmində kredit ayrılıb

Sharing is caring!

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Respublikasının Gəncə şəhərinə 10 milyon avro dəyərində kredit ayırıb.

Bankdan verilən məlumata əsasən, məqsəd Gəncə şəhərinin qatı tullantılardan təmizlənməsi, bu istiqamətdə infrastrukturun yenilənməsi və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasıdır.

Kredit bank tərəfindən layihəni icra edəcək Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ayrılıb.

Layihə Gəncə şəhərində tullantıların toplanma xidmətinin yaxşılaşdırılması dərəcəsinə, ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına kömək edəcək.

Əlavə olaraq bildirilib ki, layihə tullantıların idarə edilməsini yaxşılaşdıracaq və ətraf mühitə tullantıların toplanılması zamanı mənfi təsirləri azaldacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir