Ölkə

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz […]

Xarici siyasət

G20-nin yekun bəyannaməsinin nəticələri

G20 liderləri zirvənin yekun bəyannaməsini imzalayıblar. “Ria Novosti”nin məlumatına görə, əsas hədəflər pandemiyanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır: Qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək, maliyyə sisteminin sabitliyini artırmaq; Pandemiya şəraitində inkişaf etməkdə olan ölkələri dəstəkləməyə davam etmək; ÜST-ün effektivliyini artırmaq; Ekonomik iqtisadi artım üçün enerji mənbələrinin fasiləsiz tədarükünü təmin etmək. Liderlər, eyni zamanda, kasıb ölkələrin borc ödənişlərinə […]

Şou-Biznes

“Nə oldu bəs, Ağdam, Füzuli sizin idi?” – Nərgiz Cəlilova ermənilərə səsləndi

Göz yaşı selində qarışır hisslər. Unutmadıq, elə ona görə də qalib gəldik. Lakin sakitləşmək olmaz. Xəbəral.az musavat.com-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqram hesabında yazıb. Aparıcı qələbə sevincini izləyiciləri ilə böşülüb: “Mübarizəmiz, vətənə sadiqliyimiz, yaxşı əməllərimiz, dürüstlüyümüzlə, bir-birimizə sevgi və qayğımızla, gücümüz, birliyimizlə davam etsin. Bu, gəlişigözəl sözlər deyil. Bu, uzun […]

Maqazin

“Bizim tək düşmənimiz ermənidir” – Pərvin tənqidlərə cavab verdi

Neçə vaxtdır görürəm ki, hərbi forma ilə çəkilən şəkillər insanları qıcıqlandırır. Anlayıram. Amma indi elə bir zamandır ki, xalq olaraq başqa cür şəkillər paylaşmaq içimizdən gəlmir. İnanın ki, mən də elə şəkillər paylaşmaq istəmirəm. Xəbəral.az musavat.com-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abiyeva sosial şəbəkədə yazıb. O, hərbi formada şəkillər çəkdirdiyi üçün onu qınayanlara […]

Gündəm

Lənkaran İcra Başçısı Şəhidə Hörmətsizlik Etdi-Qalmaqal-VİDEO

Lənkəranda şəhid qalmaqalı: Lənkəran rayonu Osakücə kənd sakini, ata, anasız olan Fərəcov Əflatun Mir Cahangir oğlu Qarabağda şəhid olub, lakin meyitini kəndə təhvil verəndə onun avtoqəzada öldüyünü deyib, şəhid statusu verilməyəcəyini bildiriblər. Kənd sakinləri meyiti nəzərdən keçirəndə güllə yarası aşkarlayıblar və bəlli olub ki, əsgər həqiqətən şəhid olub. Bundan sonra əsgərin haqqına girilməsindən hiddətlənən kənd […]

Müharibə

Düşmənin tərk etdiyi minaatan batareyası və döyüş postları – VİDEO

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək geri çəkilən işğalçı Ermənistan silahlı qüvvələrinin birləşmələri bir zamanlar qəsb etdikləri ərazilərin hər yerində özlərindən sonra rüsvayçı izlər qoyublar. “Report”un Ermənistanın işğalından azad edilmiş Füzuli ərazisində olan çəkiliş qrupu burada bir müddət öncə düşmənə məxsus olmuş minaatan batareyasında erməni əsgərlərinin qoyub qaçdığı silah-sursatı və […]

Siyasət

Beynəlxalq Qırmızı Xaç Komitəsi əsir götürülmüş azərbaycanlılarla bağlı lazımi addımlar atacaq – FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə videokonfrans vasitəsilə görüş keçirib. Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktlarını, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb. Qeyd olunub […]

Dünya

İsrail aviasiyası HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail ordusu Aşkelon şəhərinə endirilən raket zərbəsinə cavab olaraq Qəzza sektorunda yerləşən HƏMAS-a məxsus hərbi obyektlərə hücum edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. “Qəzzadan axşam saatlarında İsrailə atılmış raketə cavab olaraq hərbi hava qüvvələri HƏMAS-ın bu ərazidəki hərbi obyektlərinə zərbələr endirib”, – deyə İsrail tərəfi bildirib. Raket zərbələri endirilən obyektlər arasında raket sursatları istehsal […]