Şou-Biznes

“Nə oldu bəs, Ağdam, Füzuli sizin idi?” – Nərgiz Cəlilova ermənilərə səsləndi

Sharing is caring!

Göz yaşı selində qarışır hisslər. Unutmadıq, elə ona görə də qalib gəldik. Lakin sakitləşmək olmaz.

Xəbəral.az musavat.com-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqram hesabında yazıb. Aparıcı qələbə sevincini izləyiciləri ilə böşülüb:

“Mübarizəmiz, vətənə sadiqliyimiz, yaxşı əməllərimiz, dürüstlüyümüzlə, bir-birimizə sevgi və qayğımızla, gücümüz, birliyimizlə davam etsin. Bu, gəlişigözəl sözlər deyil. Bu, uzun illər arzuladığımız, ehtiyac duyduğumuz qalibiyyət hissinin təzahürüdür.
Nə oldu bəs, Ağdam, Füzuli sizin idi? Sən bunlarda iştaha bax… Xəyalları qursağında qalan aciz millət. Biz çox ağlamışıq, indi siz ağlayın. Özgənin torpaqlarını işğal etməyin nə olduğunu anlayın ki, bir də bunu etməyəsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir