G20 liderləri zirvənin yekun bəyannaməsini imzalayıblar.
“Ria Novosti”nin məlumatına görə, əsas hədəflər pandemiyanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır:
- Qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək, maliyyə sisteminin sabitliyini artırmaq;
- Pandemiya şəraitində inkişaf etməkdə olan ölkələri dəstəkləməyə davam etmək;
- ÜST-ün effektivliyini artırmaq;
- Ekonomik iqtisadi artım üçün enerji mənbələrinin fasiləsiz tədarükünü təmin etmək.
Liderlər, eyni zamanda, kasıb ölkələrin borc ödənişlərinə qoyulan moratoriumun 2021-ci ilin iyun ayına qədər uzadılması təşəbbüsünü də təsdiqləyiblər.