Siyasət

XİN rəsmisi: “İşğaldan azad edilmiş ərazilərimizdə qürurla dalğalanan bayrağı görməyə şadıq”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabından Bayraq Günü münasibətilə təbrik yazıb. “Bayraq Günümüz mübarək olsun!”, – deyən XİN sözçüsü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qürurla dalğalanan bayrağı görməkdən böyük sevinc yaşadığını bildirib.

Siyasət

Azərbaycanda Dövlət Bayrağı günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur.  Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa […]

Dünya

Rusiyada qatar qəzası: 31 vaqon relsdən çıxdı

Rusiyada Novosibirsk bölgəsinin Qərbi Sibir dəmir yolunun Tatarskaya stansiyasında yük qatarının 31 vaqonu relsdən çıxıb. Bu barədə “İnterfaks” xəbər verib. Məlumata görə, hadisə nəticəsində zərərçəkən yoxdur. Bildirilir ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün Tatarskaya və Omsk stansiyalarına bərpa qatarları göndərilib.

Dünya

Tramp seçki nəticələrinə görə mitinqlər keçirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp bəzi ştatlarda səslərin yenidən sayılması üçün mübarizəni uzatmaq məqsədilə mitinqlər keçirməyi planlaşdırır. “Axios” ABŞ liderinin müşavirlərinə istinadən xəbər verir ki, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya əyalətlərində yenidən sayma komandalarının yaradıldığını elan edəcək. Mitinqlərdə Tramp səs verdiyi iddia edilən, lakin səsvermə vaxtı artıq öldüyü bildirilən seçicilərin ölüm sertifikatlarını göstərməyi planlaşdırır. Mediada […]

Cəmiyyət

Şuşanın azad edilməsini şəhid general Polad Həşimovun evinin qarşısında qeyd etdilər – VİDEO

Sumqayıtda sakinlər Şuşa şəhərinin işğaldan azad olunmasını şəhid general Polad Həşimovun evinin qarşısında qeyd ediblər. Bununla bağlı videolar sosial şəbəkədə paylaşılıb. Polad Həşimovun evinin qarşısına toplaşanlar “Başını dik tut, şəhid anası” şüarını səsləndiriblər. Həmin görüntüləri təqdim edirik:  

AKTUAL

Nyu-Yorkda Şuşanın azad edilməsi münasibətilə avtoyürüş keçirildi – FOTO

ABŞ-ın Nyu-York şəhərində Şuşanın işğaldan azad edilməsi münasibətilə avtomobil yürüşü təşkil edilib. “Report” xəbər verir ki, yüzlərlə həmvətənimiz Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Bruklindən yola düşüblər. Onlar ermənilərin sıx məskunlaşdığı ərazilərdə dayanıblar. Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vuran həmvətənlərimiz ABŞ ictimaiyyətinin diqqətini çəkib. Onlar bayraqlarla və Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobillərin […]

MARAQLI

Qadın lotereyadan 5 ton asfalt uddu

Rusiyanın Başqırdıstan Respublikasının İsyanqulovo kəndində qadın lotereyadan 5 ton asfalt udub. Bununla bağlı “Başinform” məlumat yayıb. Ziançurinskiy rayonunda yerli “Ziançurinskiye zori” qəzeti abunəçiləri arasında lotereya keçirib. Uzun illər bu qəzetin abunəçisi olan Liliya Akçurina lotereyanın qalibi olub. Aksiya təşkilatçıları lotereyada telefon və asfaltın hədiyyə kimi oyanıldığını bildirib. Telefonun kim tərəfindən udulduğu açıqlanmayıb.