Dünya

Tramp seçki nəticələrinə görə mitinqlər keçirməyi planlaşdırır

Sharing is caring!

ABŞ Prezidenti Donald Tramp bəzi ştatlarda səslərin yenidən sayılması üçün mübarizəni uzatmaq məqsədilə mitinqlər keçirməyi planlaşdırır.

“Axios” ABŞ liderinin müşavirlərinə istinadən xəbər verir ki, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya əyalətlərində yenidən sayma komandalarının yaradıldığını elan edəcək.

Mitinqlərdə Tramp səs verdiyi iddia edilən, lakin səsvermə vaxtı artıq öldüyü bildirilən seçicilərin ölüm sertifikatlarını göstərməyi planlaşdırır.

Mediada yer alan məlumatlara görə, demokrat Co Bayden prezident seçkilərində qalib gəlib və özünü artıq qalib elan edib.

Respublikaçı Prezident Donald Tramp məğlubiyyətini hələ etiraf etməyib, vəkilləri səslərin sayılmasının dayandırılması və iddia edilən pozuntuların araşdırılması tələbi ilə müxtəlif əyalət məhkəmələrində iddia qaldırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir