AKTUAL

Ermənistanda 17 partiya Paşinyanın istefasını tələb etdi

Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını və mövcud hərbi vəziyyətdə ölkəni idarə edəcək hərbi-siyasi qurumun yaradılmasını tələb edib.   Xəbəral.az TASS-a istinadla xəbər verir ki, bu barədə siyasi qüvvələrin birgə bəyanatında deyilir.   “Geri dönüşü olmayan itkilərin qarşısını almaq üçün baş nazir N.Paşinyanın və onun kabinetinin könüllü istefası, habelə hazırkı vəziyyətdə irəliləyiş, hərbi-siyasi problemləri həll […]

Müsahibə

İlham Əliyev “BBC News”a danışdı: “Bu, ittihamdır, siz prokuror kimi danışırsınız” – MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.    Xəbəral.az müsahibəni təqdim edir. – Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz? – Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də […]

Şou-Biznes

Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: – “Dedi ki, ölsəm, heç kim ağlamasın“

“Bizim 30 illik sınan qürurumuz Ali Baş Komandanın dünənki zəfər çıxışı ilə geri qayıtdı. Bütün dünya azərbaycanlıları dünən böyük bir zəfəri qeyd etdilər”. Bunu Xalq artisti Mənsum İbrahimov deyib. Müğənni Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib: “Əlbəttə, şəhidsiz müharibə olmaz və o şəhidlər bizim qəhrəmanlarımızdır. Çünki onlar vətən, torpaq uğrunda özlərini fəda etdilər. […]

Siyasət

“Kəlbəcəri və Laçını boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq” – İlham Əliyev

“Mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə […]

Ölkə

“Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik” – Prezident İlham Əliyev

“Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın, onlar Xocalıda soyqırımı […]

Dünya

Ərdoğan Putinə Dağlıq Qarabağla bağlı işçi qrupunun yaradılmasını təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qrabağ probleminin həlli ilə bağlı işçi qrupun yaradılmasını təklif edib. Bu barədə Türkiyə mətbuatı bildirir. Qeyd olunur ki, bu məsələ iki lider arasında keçirilmiş telefon danışığı zamanı müzakirə olunub. Məlumata əsasən, V.Putin təklifi alqışlayıb, artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə […]

AKTUAL

Şuşa necə azad olundu? – VİDEO

Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması əməliyyatı haqqında müxtəlif informasiyalar dolaşır. “Caliber” “Telegram” kanalı Şuşanın azad olunma əməliyyatı haqqında süjet yayımlayıb. Süjetdə hərbi əməliyyatın bəzi detalları izah olunur. Sözügedən süjeti təqdim edirik:

AKTUAL

Şuşa şəhərində dalğalanan Azərbaycan bayrağı hansı dövlət binasına sancılıb? – FOTO

Müdafiə Nazirliyi Şuşa şəhərinin işğaldan azad olunduğunu göstərən video yayıb. Həmin videoda Şuşa şəhərində bir dövlət binasında Azərbaycan bayrağının dalğalandığı görünür. Bəs həmin dövlət binası hansıdır? Xəbəral.az-ın əldə etdiyi məlumata görə, həmin bina Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasıdır. Qeyd edək ki, 2014-cü ilin avqustunda çəkilən aşağıdakı şəkildə həmin binanın üzərində erməni bayrağı ucaldılırdı. İndi […]

Ölkə

Könüllülər Bayraq Günü münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər – FOTO

Bu gün 9 noyabr – Dövlət Bayrağı Gününü hər bir Azərbaycan vətəndaşı zəfər coşqusu ilə qeyd edir. Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən Şəhidlərin əziz xatirəsini hər zaman uca tutan Azərbaycan könüllüləri bu xoş gündə də Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Builki Bayraq gününün gənclər üçün xüsusi […]