Dünya

Ərdoğan Putinə Dağlıq Qarabağla bağlı işçi qrupunun yaradılmasını təklif edib

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qrabağ probleminin həlli ilə bağlı işçi qrupun yaradılmasını təklif edib.

Bu barədə Türkiyə mətbuatı bildirir.

Qeyd olunur ki, bu məsələ iki lider arasında keçirilmiş telefon danışığı zamanı müzakirə olunub.

Məlumata əsasən, V.Putin təklifi alqışlayıb, artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər. Bu format ATƏT Minsk qrupunun işindən kənarda fəaliyyət göstərəcək.

Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir