Gündəm

Azərbaycan Ordusu bu gün rekord sayda ərazini işğaldan azad edib

Azərbaycan Ordusu bu gün rekord sayda yaşayış məntəqəsi və ərazini işğaldan azad edib. Xəbəral.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasına görə, Ordumuz bu gün 71 kənd, bir qəsəbə və səkkiz strateji yüksəkliyi azad etməyə müvəffəq olub. Belə ki, ümumilikdə Füzulinin 17, Xocalının yeddi, Xocavəndin 13, Cəbrayılın 11, Qubadlının 15, Zəngilanın beş və Laçının üç […]

AKTUAL

İtaliyanın Roma və Piza şəhərlərində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib – FOTO

İtaliya – Azərbaycan Birliyinin təşəbbüsü ilə 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar İtaliyanın Roma və Piza şəhərində tədbir keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. İtaliyada təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın Azərbaycanın işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada yaşayan azərbaycanlılara sevinc […]

MARAQLI

Rusiyada kişi müalicə üçün qonşunun itini yedi

Rusiyada Buryatiya Respublikasının sakini vərəm müalicəsi üçün başqasının itini yeyib. Bu barədə Tayga.info Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb. İtin sahibi polisə bununla bağlı ifadə verib. Bildirilir ki, Buryatiya sakininə çoban itini qaçırdığına görə oğurluq maddəsi ilə cinayət işi başladılıb. “Qaçırılan heyvanın qalıqları onu vərəm müalicəsi üçün dostu ilə birlikdə aparan və kəsən […]

Araşdırma

Düşmənin yaratdığı “hamimiz.com” saytı ilə bağlı araşdırma başlanıldı – RƏSMİ

Döyüş meydanında Azərbaycan Ordusu qarşısında məğlub olan düşmən sosial media və digər rəqəmsal platformalarda müxtəlif saxta səhifələr, o cümlədən, saytlar yaradıb cəbhəboyu zonadakı vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də, silah-sursat barədə saxta xəbərlər ictimailəşdirməklə vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir. Azərbaycan Ordusunun uğurlarının Ermənistan əhalisindən gizlədilməsinə, vətəndaşlarımızda təşviş […]

İdman

Avropa çempionumuz cəbhədə vuruşur – FOTO

Qarabağın işğalçılardan azad olunması uğrunda döyüşlərdə Azərbaycan idmançıları da iştirak edir. Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında keçirilən dünya çempionatının qalibi Qalib Əliyevdir. Bu barədə məlumatı Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi yayıb. Həmin məktəbin məşqçi müəllimi olan Qalib Əliyev yaralanıb. Əməliyyatdan uğurla çıxan Əliyev tezliklə silahdaşlarının […]

AKTUAL

İndoneziya mətbuatı Şuşanın erməni işğalından azad edilməsini geniş işıqlandırdı – FOTO

İndoneziyanın kütləvi-informasiya vasitələri Azərbaycan ordusunun keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində Şuşa şəhərinin işğaldan azad olunmasını geniş işıqlandırıb. Xəbəral.az xəbər verir ki, İndoneziyanın “respublika.co.id”, “inews.id”, “kompas.tv”, “minanews.net”, “senayapost.com” və digər KİV-ləri bu tarixi hadisənin elan olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında xalqımıza etdiyi müraciətindən sitatlara geniş yer veriblər. Məqalələrdə 28 ildən bəri işğal altında […]

Siyasət

Ərdoğan: “Minsk qrupu 28 illik işğaldan bəhs etmədi, Azərbaycan problemi özü həll etdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 12-ci Səfirlər Konfransında Qarabağdan danışıb. Bu barədə “Haber Global” məlumat yayıb. “Biz Azərbaycan ərazilərinin işğalına susa bilmədik və susmadıq. Onlar bizim qardaşlarımızdır, soydaşlarımızdır. Minsk qrupu 28 ildir davam edən bu amansız işğala həll yolu təqdim etmədi. Yalnız vaxt itkisi oldu. Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdilər. Qardaşımız İlham Əliyevi ekrandan […]

Siyasət

Sahibə Qafarovadan Bayraq günü ilə bağlı payalşım – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib! Bu barədə S.Qafarova özünün “Facebook” hesabında paylaşım edib. S.Qafarova yazıb: “Çox xoşbəxt və qürurluyuq ki, üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Qarabağımızın göz bəbəyi olan Şuşamızda qürurla dalğalanır. Hər birimizə sonsuz sevinc, qürur və fərəh hissi bəxş edən bu […]

Cəmiyyət

Sabahın havası: Dağlarda şaxta olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 15-17, […]

Cəmiyyət

20 azərbaycanlı həkim Türkiyədən könüllü olaraq cəbhədə vuruşan əsgərlərimizə kömək üçün gəldi – FOTO

Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib. Bildirilib ki, təşəbbüs Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə reallaşıb. Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan […]