Dünya

İordaniyada hotel binası üçrəngli Azərbaycan bayrağına büründü – FOTO

İordaniya Haşimilər Krallığının Əmman şəhərində  Azərbaycan Respublikasının bayrağı göz oxşayıb. Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. Belə ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.    

Cəmiyyət

Zəngilan rayonunun işğaldan azad edilmiş ərazilərindən yeni görüntülər – FOTO

Azərbaycanın bir qrup mətbuat nümayəndəsi erməni işğalından azad edilmiş Zəngilan rayonunda olublar. AZƏRTAC-ın cəbhə bölgəsinə ezam edilmiş müxbiri xəbər verir ki, jurnalistlər Zəngilan rayonunun Mincivan qəsəbəsi və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olublar, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər. Həmin görüntüləri təqdim edirik. Qeyd edək ki, Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı […]

Siyasət

İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi – FOTO

Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı paylaşım edib. Dövlət başçısı “Twitter” hesabında yazıb: “Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, […]

Mədəniyyət

Şuşada bərpa ediləcək mədəniyyət müəssisələri – SİYAHI

“Biz Şuşaya mədəniyyəti qaytarırıq. Biz bərpa edəcəyik”. Xəbəral.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “Twitter” hesabında qeyd edib.   A.Kərimov paylaşımında Şuşada bərpa ediləcək mədəniyyət müəssisələrinin sayını açıqlayıb.   Bunlar aşağıdakılardır: 210 tarix-mədəniyyət abidəsi 20 mədəniyyət evi 19 kitabxana 8 musiqi məktəbi 7 muzey 1 qalereya […]

Dünya

“Bu insanların oğru olduqlarını bilirik”

Bu, səslərin oğurlanması ilə nəticələnən bir seçki idi. Xəbəral.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında deyib. “Bu insanların oğru olduqlarını bilirik. Böyük şəhər təşkilatları korrupsiya ilə məşğuldur. Bu, səslərin oğurlanması ilə nəticələnən bir seçki idi. Bəzi ştatlarda Baydenin eks-prezident Obamadan daha çox səs toplaması inandırıcı deyil. Lazım olan yerlərdə oğurlanması vacib […]

Dünya

Paşinyan seçki qələbəsi hələ təsdiqlənməmiş Baydendən kömək istədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib. Bu barədə Ermənistan mətbuatı xəbər verir. Qeyd edilir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd […]

Dünya

Ərəb ölkəsində içkiyə və nikahdankənar yaşamağa icazə verildi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) spirtli içki içmək, intihara cəhd etməklə bağlı cəzaları ləğv edib və qanunda evlənməmiş cütlüklərin birlikdə yaşamasına icazə verən dəyişiklikləri qəbul edib. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, dəyişikliklərin təsdiqlənməsindən sonra sözügedən ərəb ölkəsində yaşları 21-dən yuxarı olanlar artıq istər xüsusi, istərsə də ictimai yerlərdə spirtli içki qəbul edə bilərlər. Bundan əvvəl yalnız müsəlman olmayan […]

Maqazin

Xalq artisti: “Qorxurdum ki, bu günü görməyəm”

“Biz bu gün çəkdiyimiz əziyyətlərə, çətinliklərə baxmayaraq, qürurlu bir gün yaşayırıq. Azərbaycan sözünün qüdrətini, qüvvətini, namusunu-qeyrətini yaşayırıq”. Bu sözləri Xalq artisti Flora Kərimova AzTV-nin efirində yayımlanan “Qarabağ sədası” verilişində qonaq olarkən deyib. Şuşanın işğal altında olduğu illərdə qolunun, qanadının sındığını dilə gətirən Flora Kərimova hərbçi oğullara səslənərək onların hər birini oğul adlandıraraq qarşılarında baş əydiyini […]

Xarici siyasət

Çavuşoğludan Azərbaycana Bayraq Günü təbriki: “Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!” – FOTO

Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Azərbaycanı Bayraq Günü münasibəti ilə təbrik edib. Türkiyəli nazir dövlətimizə təbrikini “Twitter” hesabından ünvanlayıb: “Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”. O, paylaşımına hər iki qardaş dövlətin bayraqlarını əlavə edib və Azərbaycan […]