Maqazin

Xalq artisti: “Qorxurdum ki, bu günü görməyəm”

Sharing is caring!

“Biz bu gün çəkdiyimiz əziyyətlərə, çətinliklərə baxmayaraq, qürurlu bir gün yaşayırıq. Azərbaycan sözünün qüdrətini, qüvvətini, namusunu-qeyrətini yaşayırıq”.

Bu sözləri Xalq artisti Flora Kərimova AzTV-nin efirində yayımlanan “Qarabağ sədası” verilişində qonaq olarkən deyib.

Şuşanın işğal altında olduğu illərdə qolunun, qanadının sındığını dilə gətirən Flora Kərimova hərbçi oğullara səslənərək onların hər birini oğul adlandıraraq qarşılarında baş əydiyini söyləyib:

“Qorxurdum ki, mən bu günü görməyəm. Hər səhərimə şükür etdiyim bir yaşımda mənə ümid bağışladın. Anan yaşındayam, nənən yaşındayam, oğul. Oğul deyirəm çünki onların hər biri mənim oğlumdur. Mənim xoşbəxtliyim mənə bunu vadar edir. Bu günü bizə sən bağışladın. Mən oğullarımızı öpürəm, bağrıma basıram”.

F.Kərimova qeyd edib ki, xoşbəxt günlər görmüşdük amma gözlərdə belə xoşbəxtlik görünmürdü:

“Vətən başqadır. Ana vətən sevgisi bir başqa olur. Qadınlarımız o qədər qürurludur ki, göz yaşlarını gizlətməyə çalışırlar. Bu dəqiqə desələr ki, gedək döyüşə. Hər birimiz gedərik. Azərbaycan xalqını təbrik edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir