Cəmiyyət

Azərbaycan diasporu hərbçilərimizin müalicəsi üçün bahalı tibbi avadanlıq göndərdi – FOTO

Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsində istifadə olunan iki ədəd “Dermatom” tibbi cihazı və onlara əlavə materialları alaraq Bakıya göndərib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Cihazlar Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün artıq müvafiq ünvana yola salınıb. Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni […]

AKTUAL

Dövlət Departamenti: “Azərbaycan dinlər arasında qarşılıqlı hörmət nümunəsidir”

“Azərbaycan təkcə dinlər və xalqlar arasında tolerantlığın yox, həm də müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da nümunə ölkədir”. Report xəbər verir ki, bunu Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransdakı nitqi zamanı bildirib. “Vaxtilə yəhudi icması sinaqoq tikəndə […]

Siyasət

XİN-dən xaricdəki nümayəndələrimizə qarşı hücumlarla bağlı paylaşım – FOTO

“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və xaricdəki Azərbaycan icmalarının üzvlərinə qarşı təhdid və hücumları qətiyyətlə pisləyirik”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb. “Bu cür qanunsuzluqlara görə təqsirkarlar cavab verəcəklər”, – deyə o qeyd edib.  

Asiya

Şəbnəm Aktop: “Ermənistan beynəlxalq hüququn tələblərini pozmaqda davam edir”

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində bundan öncə olduğu kimi bundan sonra da yanlarında olmağa və dəstək verməyə davam edəcəyik”. Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şəbnəm Aktop gündəmə dair mövzuları dəyərləndirməsində belə bildirib. Ermənistanın 27 sentyabrdan Azərbaycana qarşı başlatdığı insanlıqdan kənar hücumlarını davam etdirdiyini xatırladan nazirlik rəsmisi 10, 18, 26 oktyabr tarixlərində qəbul edilən atəşkəslərə […]

Hadisə

Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvadın məhkəməsi başlayır

Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvad Həbib Abbasquliyev və Lamiyə Abbasquliyevanın barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb. Xəbəral.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi  hakim Əfqan Hacıyevin icraatına verilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Azərbaycan vətəndaşları […]

Hadisə

Bakı sakinini bıçaqla hədələyib 7400 manat pulunu alıblar

Bakı sakini bıçaqla hədələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabırn 5-də rayon ərazisində Bakı şəhər sakini E.Məmmədovu bıçaqla hədələyərək 7400 manat pulunu və 2 ədəd mobil telefonunu almaqda şübhəli bilinən Füzuli rayon sakini S.Quliyev saxlanılıb. […]

Xarici siyasət

XİN: Radikal erməni qüvvələrinin Azərbaycanın xaricdəki diplomatlarına və yerli azərbaycanlı icma üzvlərinə qarşı hücumlarını qətiyyətlə pisləyirik

“Bu il 6 noyabrdan 7 noyabra keçən gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameraların hücum edən şəxsin 2 […]

Xarici siyasət

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun atəşə tutulması ilə bağlı cinayət işi başlanıb

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu bu gecə konsulluq binasının atəşə məruz qalması ilə bağlı məlumat yayıb. Konsulluqdan verilən xəbərə görə, bu gecə saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb: “Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət […]

Cəmiyyət

Sabahın havası: Dağlıq ərazilərdə sulu qar yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer […]