Müsahibə

“Onlar gürcüləri qətlə yetiriblər, indi də azərbaycanlılarla vuruşmağa hazırlaşırlar” – GÜRCÜSTANDAN MÜSAHİBƏ

“Abxaziya-Gürcüstan müharibəsi veteranları”nın Qarabağda separatçılar tərəfində döyüşməyə getdiyi artıq məlumdur. Tanınmış gürcü politoloq, ictimai xadim, “Georgian Times” media holdinqinin rəhbəri Malxaz Qulaşvili bu barədə danışıb. Onun sözlərinə görə, bu, Baqramyan adına qanlı erməni batalyonunun hələ aktiv olmasının sübutudur: “Onlar gürcüləri qətlə yetiriblər, indi də azərbaycanlılarla vuruşmağa hazırlaşırlar. Azərbaycan və Gürcüstanın separatçılara və terror qruplaşmalarına qarşı birgə mübarizə aparmalıdır, başqa […]

Müharibə

Hikmət Hacıyev: “Azərbaycanın işğal olunmuş torpaqlarındakı bütün kilsələr yenilənəcək”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qəbələ rayonundakı kilsənin bərpası barədə paylaşım edib. O, “Twitter”dəki hesabında ermənilərdən fərqli olaraq, Azərbaycanda dini abidələrə hörmət qoyulduğunu bildirib: “Qəbələ bölgəsindəki XII əsrə aid Müqəddəs Mariya Kilsəsi Azərbaycandakı qürurlu Xristian İcmasının istifadəsi üçün tamamilə təmir edilib. Yeniləməyə bir müddət əvvəl Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Azərbaycanın işğal olunmuş torpaqlarındakı bütün kilsələr […]

Dünya

Bayden ABŞ-da prezidentlik yarışını qazandı

ABŞ-da demokratların prezidentliyə namizədi Cozef Bayden respublikaçı Donald Trampı məğlub etmək üçün lazım olan 270 seçici kollegiyası səsini qazanıb. Bu barədə CNN telekanalı proqnoz verib. Qiymətləndirmələrə əsasən, C.Bayden Pensilvaniya ştatında qalib gəlib. Namizəd seçkini qazanmaq üçün 538 seçici kollegiyası səsindən 270-ni yığmalıdır. Beləliklə, indi Bayden 273, Tramp isə 213 seçici səsi qazanıb.

Dünya

Fırıldaqçılar bank hesablarından pul oğurlamaq üçün yeni üsul tapdı

Rusiyanın Milli Maliyyə Savadlılığı Mərkəzi fırıldaqçıların ölkə vətəndaşlarının banklardakı kart hesablarından pul oğurlamaq üçün yeni üsul tapdığını müəyyən edib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzin mütəxəssisi Natalya Şumakova məlumat verib. Onun sözlərinə görə, sosial şəbələlərdə Rusiyanın Əmək və Sosial Müdafiə naziri Antom Kotyakov, Rəqəmsal İnkişaf naziri Maqsud Şadeyev, həmçinin Federal Vergi […]

Gündəm

Ermənilər İtaliyadakı səfirimizi təhdid edir

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə burada yaşayan ermənilər tərəfindən təhdid edilir. Xəbəral.az xəbər verir ki, bu barədə səfirin özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, hazırda İtaliya mətbuatı bu barədə yazır: “İtaliyanın “Il Giornale”, “Kmetro0”, “politicamentecorretto.com”, “Agenzia Nova” və “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri erməni radikallarının münaqişə tərəflərinin hər ikisinə yer verən italyan juranlistlərinə, […]

Cəmiyyət

“Facebook” Azərbaycanın ən böyük rusdilli səhifələrindən birini sildi: Yeni səhifə yaradıldı

“Facebook” sosial şəbəkəsi tərəfindən Azərbaycanın ən böyük rusdilli səhifələrindən olan “Новости Азербайджана” silinib. “Facebook” tərəfindən səhifənin silinməsi səbəbi barədə heç bir açıqlama bildirilməyib. “Новости Азербайджана” səhifəsinin 250 minə yaxın izləyicisi var idi. Artıq bu səhifənin yerinə yeni bir “Facebook” səhifəsi yaradılıb. Yeni səhifəni buradan izləyə bilərsiniz. Qeyd edək ki, son zamanlar “Facebook” tərəfindən Azərbaycan istifadəçiləri tez-tez blok […]

Gündəm

Bəhruz Məhərrəmova töhmət verildi-SƏBƏB

Xəbəral.az xəbər verir ki,Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Komissiya üzvləri qeyd ediblər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət […]

Hərbi

Xoşqədəmin verilişi bağlandı

“Xəzər” TV Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Atəş xətti” verilişinin yayımını dayandırıb. “Xəbəral.az” xəbər verir ki, Hidayətqızı bundan sonra televiziya fəaliyyətinə yenidən “Səni axtarıram”la davam edəcək. Məlumatı X.Hidayətqızının özü  təsdiqləyib: “Atəş xətti”nə ziyalıları, ictimai siyası xadimlərimizi dəvət etdik. Hər kəs öz fikrini dedi. Komandamızda məcburi köçkün statusunu daşıyanlar bu hadisələrdən kənar qala bilməzdi. İndi isə “Atəş […]

Cəmiyyət

Ermənilərdən Tərtərdə daha bir təxribat: Yaşayış məntəqəsi atəşə tutuldu, yanğın başladı – VİDEO

Erməni silahlıları Tərtərdə yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Baku TV xəbər verir ki, Tərtərin cəbhəyanı kəndinə düşən mərmi ərazidə yanğına səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, mərminin yaratdığı yanğın nəticəsində, ot tayaları, tövlələr tamamilə yararsız hala düşüb, xeyli sayda mal-qara isə yanıb.