Dünya

Filadelfiyaya “Hummer”də saxta bülletenlər daşıyan silahlı şəxslər tutuldu

ABŞ-da Pensilvaniya polisi Vircinia ştatından Filadelfiya şəhərinə prezident seçiləri üçün saxta bülletenlərini çatdırmağa çalışan iki silahlı şəxsi saxlayıb. Bu barədə CNN telekanalı yerli prokurorluğa istinadən xəbər yayır. Qeyd olunur ki, Çesapik (Virciniya ştatı) sakinləri olan 61 yaşlı Antonio LaMotta və 42 yaşlı Joşua Masias 5 noyabr axşamı Pensilvaniya ştatında icazəsiz olaraq odlu silah gəzdirmək şübhəsiylə […]

Müharibə

Azərbaycan Ordusu düşmənin Xankəndi istiqamətində hərəkət edən hərbi kolonunu məhv edib – RƏSMİ

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi […]

Cəmiyyət

DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA

Azərbaycan Daxili İşlər Nazirliyi onlara məxsus məlumat bazasına heç bir kiber hücumu olmadığını açıqlayıb. Qurum açıqladığı məlumatda bunun erməni təxribatı olduğunu bildirib: “Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb. Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in […]

Cəmiyyət

Putin azərbaycanlı federasiya prezidentini mükafatlandırdı – FOTO

Rusiya Federasiyasının Tıva Respublikasında parlamentin deputatı, yerli Karate Federasiyasının rəhbəri olan azərbaycanlı Çingiz Əliyev Rusiya Prezidenti Vladimir Putin adından xatirə medalına və fəxri fərmana layiq görülüb. Oxu.Az-ın xəbərinə görə, Ümumrusiya Xalq Cəbhəsinin Tıva Respublikasındakı regional şöbəsində “#МыВместе” qarşılıqlı yardım aksiyasının iştirakçılarına Rusiya Prezidentinin xatirə medalları və fəxri fərmanlar təntənəli surətdə təqdim olunub. Təltif olunanlar arasında […]

Müharibə

Hikmət Hacıyev: “Qanunsuz məskunlaşma ilə bağlı müraciətlərimizə həmsədrlər laqeyid yanaşıb” – FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında Ermənistanın Qarabağda gedən döyüşlərdə Suriya ermənilərinin muzdlu kimi hərbi əməliyyatlara cəlb edilməsindən yazıb. “Qanunsuz məskunlaşma müharibə cinayətidir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binadan müsadirə olunan sənədlər Ermənistanın qanunsuz məskunlaşma siyasətini davam etdirdiyini və Suriya ermənilərindən muzdlu kimi istifadə etdiyini […]

Müharibə

Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”

Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb. Bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçıblar. Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir. “Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da […]

İdman

Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər

Keçmiş dünya çempionları Mayk Tayson və Roy Cons arasında dörd çəki dərəcəsində Dünya Boks Şurasının (WBC) “Black Lives Matter” xüsusi adı uğrunda döyüş keçiriləcək. Bu barədə “BoxingScene” xəbər yayıb. Tayson və Cons arasındakı şou döyüşü 28 noyabrda baş tutacaq. Peşəkar karyerasında Tayson 58 döyüşdə 50 qələbə qazanıb (44 nokautla) və iki dəfə məğlubiyyətlə üzləşib. Daha iki döyüş etibarsız […]

Siyasət

Ərdoğan: “İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Kahramanmaraşda keçirilən iclasında Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib. Bu barədə “Haber Global” məlumat yayıb. “Səhər İlham Əliyev qardaşımla telefonda danışdıq. İrəliləyişlər barədə danışdı. Müsbət irəliləyişləri eşidəndə çox xoşbəxt oldum. Zəfərə yaxınlaşırıq. 30 il işğaldakı torpaqlarından ayrı qaldılar. Amma indi torpaqlarına yenidən qovuşurlar”, – deyə Türkiyə prezidenti bildirib.

Xarici siyasət

Rusiya KİV: “Paşinyan təkcə cəbhədə deyil, öz ölkəsində də uduzur”

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin başlanğıcından atdığı bütün addımlar tələsik idi və şöhrət naminə olub. Bu barədə Yugsn.ru saytında yayımlanan məqalədə deyilir. Qeyd olunur ki, indi bu, xüsusi heyət və könüllülərin böyük itkiləri, texnika və cəbhədəki uğursuzluqlarla yanaşı, kəşfiyyatın işində də özünü göstərir. Bundan əlavə, Ermənistanın hazırkı hökumətinin […]

İqtisadiyyat

“Fərdi elektron pəncərə”dən qeydiyyat orqanı kimi istifadə ediləcək – QƏRAR

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilib. Bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na 1.3-1-ci və 1.8-1-ci bəndlər əlavə edilib. 1.3-ə edilən əlavəyə əsasən, qeyri-hökumət təşkilatları qrant müqavilələrinin qeydə alınmasının qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər. 1.8-ə edilən […]