Xarici siyasət

Bakı Olimpiya Stadionu üzərinə Türkiyə bayrağı əks olunub

29 Oktyabr – Respublika Günü münasibətilə Bakı Olimpiya Stadionu üzərinə Türkiyə Respublikasının bayrağı əks olunub. Xəbəral.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib. Qeyd olunub ki, “Respublika Günü münasibətilə bayrağımız bu gün Bakı Olimpiya Stadionunda əks olundu. Təşəkkürlər, Azərbaycan”.

Müharibə

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı […]

MDB

MDB ölkələrinin baş qərargah rəisləri Səmərqənddə toplanır

MDB ölkələri silahlı qüvvələri baş qərargah rəislərinin növbəti iclası bu gün Səmərqənddə (Özbəkistan) keçiriləcək. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat verib. Məlumatda iclasın Rusiya Silahlı Qüvvələri baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə baş tutacağı bildirilib. Qeyd edilib ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın, həmçinin MDB İcraiyyə Komitəsinin […]

Dünya

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Bu dəfə sanksiya siyahısına beş nəfərin adı daxil edilib. Onlardan dördü İran, biri isə Hindistan vətəndaşıdır. Sözügedən şəxslərin hər biri sanksiya tətbiq edilmiş qurumlarda rəhbər postları tutur. Bundan əlavə, sanksiya siyahısına 11 şirkət əlavə edilib. Onlardan dördü İran, beşi Honkonq, ikisi […]

MARAQLI

Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb – FOTO/VİDEO

ABŞ-ın Havay Universitetinin Astronomiya İnstitutunun alimləri “Apofis” asteroidinin sürətində səma cisminin 48 il sonra Yerlə toqquşma ehtimalına təsir edə biləcək təhlükəli dəyişikliklər aşkarlayıb. “RİA Novosti”nin məlumatına görə, bu barədə universitetin saytında məlumat verilib. Sürətlənmə səma cisminin gündüz isinən və gecə soyuyan səthində istilik şüalanması səbəbiylə zəif reaktiv impuls alması ilə izah olunub. Asteroidin müşahidələri zamanı […]

İqtisadiyyat

Dünyanın ən zəngin insan bir gündə təqribən yeddi milyard dollar itirdi

“Amazon”un qurucusu və dünyanın ən zəngin adamı olan Ceff Bezos çərşənbə günü 6,8 milyard dollar itirb. Bu barədə “Bloomberg” xəbər yayıb. Məlumata görə, Mark Zukerberg (5,75 milyard dollar), İlon Mask (4,24 milyard dollar) və Bill Geyts (2,3 milyard dollar) də ağır itkilərlə üzləşiblər. Agentliyin vurğulayıb ki, ümumiyyətlə dünya birjalarındakı çöküş nəticəsində oktyabrın 29-da top-10-da olan […]