Siyasət

Fəzail Ağamalı İzmirdə baş verən zəlzələ xəbərindən sarsıldığını bildirdi 

Oktyabrın 30 – da qardaş Türkiyənin İzmir şəhərində baş vermiş təbii fəlakət xəbəri məni çox sarsıtdı. Baş vermiş fəlakət nəticəsində həlak olanlara Uca Tanrıdan rəhmət, ailələrinə səbr, yaralananların tezliklə sağalmalarını diləyirəm. Acınız acımızdır! Başın sağ olsun Türkiyəm!   Fəzail Ağamalı, Millət Vəkili, Ana Vətən Partiyasının sədri. 30 Oktyabr 2020 – ci il

Bölgə

Erməni təxribatı nəticəsində Goranboyda meşədə baş vermiş yanğın söndürülüb

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı […]

Dünya

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb – YENİLƏNİB + VİDEO

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, İzmirdə baş vermiş 6.6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralıların sayı 419-a yüksəlib. Qurumdan həmçinin 17 binada axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunub. 20:17 Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat […]

Siyasət

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım. İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə […]

Şou-Biznes

“Buna göz yumsaq, sabah digərləri də eyni səhvi edəcək”

Xalq artisti Aygün Kazımova da “McDonalds”, “Burger King”, “Papa Johns” restoranlar şəbəkəsini boykot edib. Xəbəral.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən pop-diva buna göz yumularsa digər şirkətlərin də eyni addımı atacağını qeyd edib: “Düzdür, bu gün “McDonalds” və “Burger King” bizim əsas problemimiz deyil, amma buna göz yumsaq, sabah digərləri də […]

Müharibə

Düşmənə daha bir zərbə: Beynəlxalq təşkilatlar Ermənistanın ümidlərini puç etdi – VİDEO

Artıq qərəzli mövqe sərgiləyən beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Azərbaycan ordusunun döyüşlərdə qazandığı qələbəni ölkənin siyasi rəhbərliyi diplomatik sahədə təkrarlayır. Bir vaxtlar Azərbaycanın əleyhinə çıxışlar edən və hesabatlar hazırlayan “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları indi Ermənistanın hərbi cinayətlərini təsdiqləyir, Bərdəyə istifadəsi qadağan olunan kasetli bombalar atdığını etiraf edir. Millət vəkili Elman Nəsirov Baku […]

Müsahibə

“Gənc pasiyentlərin sayı artıb, əminliklə deyə bilirik ki, koronavirus “cavanlaşıb” – MÜSAHİBƏ

Azərbaycanda xəstəliyə yoluxanların təxminən 30-40 faizi təcili xəstəxanaya yerləşdirilməlidir. Onların vəziyyətləri bir qayda olaraq, orta dərəcədə qiymətləndirildiyi üçün evdə müalicə ala bilməzlər və tibbi yardıma ehtiyacları var. Xəbəral.az-ın məlumatına görə, bu barədə tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin anesteziologiya və reanimasiya kafedrasının asistenti, ATU Tədris-Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin həkimi Namaz İbrahimov bildirib. Onun […]

Siyasət

Milli Məclisdə bəzi qanunlara dəyişiklik edilməsi müzakirə olunub

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası olub. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynlı gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb. Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının […]

Araşdırma

Azərbaycanda ictimai iaşə obyektlərində qayda pozuntuları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib. Bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən […]