İdman

Avropa Liqasının tarixində ən uzaq məsafədən vurulan qol – VİDEO

Bu gecə UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən “Omoniya”- PSV(1:2) oyununda Kipr klubunun futbolçusu Jordi Qomes turnirin tarixində ən uzaq məsafədən vurulan qolun müəllifi olub. Gazeta.ru xəbər verir ki, 56 metrdən vurulan qol birinci hissənin 29-cu dəqiqəsində qeydə alınıb. 35 yaşlı ispaniyalı futbolçunun uzaq məsafədən vurduğu qolu təqdim edirik:

Təhsil

Təhsilin distant təşkili işə bağlı yeni dəyişikliklər açıqlanır – CANLI YAYIM

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda tədris prosesin dekabrın 1-dək distant qaydada təşkili ilə bağlı brifinq keçirilir. milletinsesi.info-ın brifinqdəki müxbirinin məlumatına görə, mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev iştirak edir. Brifinqdə Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməsi ilə […]

Dünya

“Siyasətçi deyiləm” – Tramp

ABŞ Prezidenti Donald Tramp siyasətçi olmadığını deyib. Xəbəral.az bildirir ki, bu barədə o özünün “Twitter” səhifəsində yazıb. “Əgər mən tipik Vaşinqton siyasətçisinə bənzəmirəmsə, bunun səbəbi siyasətçi olmamağımdır”, – deyə Tramp bildirib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Trampın ən böyük rəqibi Co Baydendir.

Hərbi

Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

Cümə günü Özbəkistanın Səmərqənd şəhərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Xəbəral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi nümayəndə heyətlərinin, habelə MDB İcraiyyə Komitəsinin […]

Sosial

“Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? – FOTO

“JonsonJonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir. Xəbəral.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “JonsonJonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib. Bu addımla “JonsonJonson” Azərbaycanın mülki əhalisinə qarşı […]

Ölkə

İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq – Prezidentin Fərmanı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb.   Xəbəral.az xəbər verir ki, Fərmanda deyilir:   Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər […]

AKTUAL

Ceyhun Bayramov Cenevrəyə getdi

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xatırladaq kmi, bu gün İsveçrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılıb. Förüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. Toplantıda Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanın da iştirakı gözlənilir.

AKTUAL

Daha bir beynəlxalq təşkilat Ermənistanın Bərdəyə qadağan olunmuş raket atdığını təsdiqlədi

“Human Rights Watch” Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.   Xəbəral.az xəbər verir ki, təşkilat bu barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket […]

AKTUAL

Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək? – Qanun belə deyir…

Ermənistan 1988-ci illərdən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edərək, orada yaşayan azərbaycanlılara qarşı qətliamlar törədiblər. Düşmənin təcavüzkar addımları nəticəsində Qərbi Azərbaycandan – Göyçə, Zəngəzur bölgəsindən və Azərbaycan Respublikasının Qarabağ zonasındakı yaşayış məntəqələrindən 1 milyona qədər soydaşımız öz doğma yurd-yuvalarından zorla çıxarılıb. Həmin dövrdə qaçqın və məcburi köçkünlərə dövlət sahib çıxdı. Məcburi köçkünlərə […]

Hadisə

Düşmənin məhv edilən hərbi texnikaları – SİYAHI

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 […]