Şou-Biznes

Məşhur aktyor basqında iştirak üçün HƏBS EDİLDİ

Məşhur aktyor Cey Conston 2021-ci ildə yanvarın 6-da Donald Trampın uduzduğu prezident seçkilərindən sonra Kapitoliyə basqında iştirak etdiyi aşkar edildikdən sonra həbs edilib. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Conston rol aldığı televiziya şousundan qovulub. "Bob's Burgers" və "Həbs edilmiş İnkişaf" serialları ilə tanınan amerikalı aktyor Cey Conston Vaşinqton Kapitoluna basqında iştirak etdiyi üçün həbs edilib. […]

Şou-Biznes

Məşhur model kişi alt paltarında: Nə qədər DƏBLİ OLDUĞUNU göstərdi

Model Xeyli Biber kişi alt tumanı ilə kamera qarşısına keçib. Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ərinin tumanını götürdüyün, kişi tumanlarının qadın geyimlərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. “Bu dəbli və gözəl görünür, həm də çox rahatdır. Kişi tumanlarını böyük pencək və gödəkcələrlə geymək olar”, – Xeyli məsləhət verib.

Şou-Biznes

Milyarderdən ayrıldı: Yeni sevgi macərası başladı

6 ay öncə milyarder sevgilisi Filipp Qrindən ayrılan “Harri Porter” ulduzu Emma Uotson yeni sevgi macərasına başlayıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, britaniyalı aktrisa indi də amerikalı biznesmen Rayan Uolşla sevgilidir. Onlar birlikdə istirahət edərkən yaxalanıblar.  Emma verdiyi müsahibələrin birində ağıllı və güclü kişilərdən xoşlandığını demişdi.

Şou-Biznes

Məşhur aparıcılardan bir-birinə İTTİHAM: Kim kimə “dılğır” dedi

Əvvəllər müxtəlif şou-proqramların olan aparıcılar Kamran Həsənli və Ülvira Qarayeva bir-birlərini tamaşaçıların zövqlərini korlamaqda ittiham ediblər. Lent.az-ın xəbərinə görə, Kamran Ülviranı evlənmə proqramlarını ekranlara gətirməkdə, Ülvira isə səviyyəsiz müğənnilərdən ibarət müsabiqələr təşkil etməkdə günahlandırıb. “Sən 5-6 dılğır müğənnini efirə çıxardın. Sonra onlar efirləri zəbt elədi. Efiri sən korlayıb, məni günahlandırırsan?”, – Ülvira Kamrandan soruşub.

Şou-Biznes

Ancelina Coli imicini dəyişdi

48 yaşlı Hollivud ulduzu Ancelina Coli imicini dəyişib. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o saçlarını qısaldıb və qəhvəyi rəngi sarı rənglə əvəz edib. Onun şəkli Chloe Moda Evinin sosial şəbəkə hesabında dərc olunub. Aktrisa bu moda evi ilə yeni kolleksiya üzərində işləyir.  

Şou-Biznes

Melek Mossonun seçki ərəfəsində dedikləri başına bəla oldu

Türkiyəli müğənni Melek Mossonun Türkiyədə prezident seçkiləri vaxtı sosial şəbəkə hesabında etdiyi paylaşımlar və “PowerTürk Müzik Ödülleri” mərasimindəki çıxışı başına bəla olub.  Lent.az-ın xəbərinə görə, müğənninin bu gün Kuruçeşmə isitrahət mərkəzində verəcəyi konsert ləğv edilib. Müğənni səhnəyə çıxıb konsert verməyəcəyini elan edib. “Üzr istəyirəm. Seçki ilə bağlı dediklərimlə həddimi aşmışam. Bir-birini bu qədər sevən bir […]

Şou-Biznes

Samir Bağırov nəhayət üzə çıxdı -FOTO

Uzun müddətdir səhnələrdən və efirlərdən uzaq düşən müğənni Samir Bağırov paytaxt restoranlarından birində görüntülənib. Lent.az xəbər verir ki, müğənni estetik prosedurlar etdirsə də, illərin gətirdiyi cizgiləri gizlədə bilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə tamaşaçıları “Samir qocalıb” şəklində şərhlər yazıblar. O ifa edərkən ən yüksəkdən alqışlayan isə bir zamanlar aralarında guya sevgi münasibətlərinin olduğu deyilən stilist Samiraldo […]

Şou-Biznes

Tanınmış aktrisa dəniz sezonunu açdı -FOTO

Türkiyəli tanınmış aktrisa Serenay Sarıkaya dəniz sezonunu açıb.  Lent.az xəbər verir ki, tətilə çıxan aktrisa bikinili şəklini şəxsi sosial media hesabında paylaşıb.  Sarıkayanın fit görünüşü izləyicilər tərəfindən çox bəyənilib. Onun şəklinə minlərcə bəyənmə və şərh gəlib.  Qeyd edək ki, hazırda Serenay Sarıkaya Kıvanç Tatlıtuğla birlikdə “Ailə” serialının baş rolunda iştirak edir.  

Şou-Biznes

Ölümlə HƏDƏLƏDİLƏR – Aktyor seksual təcavüzdə ittiham olunur

Bir neçə gün öncə “Twitter” sosial şəbəkəsində bir neçə xanım kanadalı aktyor Persi Hayns Uaytın məktəb illərində onlara seksual təcavüz etməsindən yazıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o öz "Instagram" səhifəsində ittihamlara cavab verib. Aktyor bir neçə qadının ona qarşı kampaniya apardığını, yalan informasiya yaydığını yazıb: “Bu informasiyalar nəticəsində  ailəm təhdidlərə məruz qalıb, məni […]

Şou-Biznes

Beyonsdan fanatına 53 min dollarlıq hədiyyə

Ameriaklı pop müğənni Beyons fanatına 53 min dollarlıq gün eynəyi bağışlamaqla onu şoka salıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, uzun illər Beyonsun pərəstişkarı olmuş gənc onun konsertinə bilet alıb. Konsert zamanı Beyons öz gözündəki eynəyi həmin gəncin üstünə atıb. Fanatı eynəyi havada yaxalayıb. Mühafizəçilər eynəyi gəncin əlindən alsalar da, müğənni eynəyi yenidən ona bağışlayıb. […]