Şou-Biznes

Beyonsdan fanatına 53 min dollarlıq hədiyyə

Sharing is caring!

Ameriaklı pop müğənni Beyons fanatına 53 min dollarlıq gün eynəyi bağışlamaqla onu şoka salıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, uzun illər Beyonsun pərəstişkarı olmuş gənc onun konsertinə bilet alıb.

Konsert zamanı Beyons öz gözündəki eynəyi həmin gəncin üstünə atıb. Fanatı eynəyi havada yaxalayıb. Mühafizəçilər eynəyi gəncin əlindən alsalar da, müğənni eynəyi yenidən ona bağışlayıb.

“Mən sevindiyimdən nitqimi itirmişdim. Bu hədiyyəni ömrüm boyu saxlayacam”, – gənc bildirib.

Beyonsun hədiyyə etdiyi eynək “Off-Whiteі” brendinə məxsusdur və qiyməti 53 min dollar təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir