Sosial

DYP avtobus və taksi sürücülərinə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ictimai nəqliyyat vasitələrinin (avtobus və taksi) sürücülərinə müraciət edib. XəbərAl.az-ın məlumatına görə, idarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirtmək lazımdır. O qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində “Taksi” […]

Sosial

Taksi fəaliyyəti ilə bağlı qaydalar açıqlandı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda sərnişindaşıma ilə məşğul olan taksilər üçün nəzərdə tutulan qaydaları açıqlayıb. XəbərAl.az-ın məlumatına görə, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirmək lazımdır: “Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri “Taksi” tanınma nişanları ilə […]

Sosial

Şagirdlər poliklinikalarda tibbi baxışdan keçəcəklər? – Rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə şagirdlərin tibbi baxışdan keçməsi üçün öz ərazilərində yerləşən poliklinikalarına getməsi ilə bağlı səs yazıları yayılıb. XəbərAl.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu məsələyə aydınlıq gətirib. O, “Facebook” profilində bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib. “Sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara […]

Sosial

Daha bir vəzifəli şəxs işdən çıxarıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Emil Verdiyev işdən çıxıb. XəbərAl.az xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb. Xatırladaq ki, E.Verdiyev “Azərpoçt”da 6 ildir ki, işləyir. O, 2015-2020-ci illərdə şirkətin Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi işləyib, ötən il martın 3-dən isə baş direktorun müavini vəzifəsinə təyin edilib.

Sosial

Diqqət: Bu şəxslərə SMS göndəriləcək

Vaksinasiya üçün randevunun götürülmə qaydası açıqlanıb. XəbərAl.az xəbər verir ki, bu barədə COVID peyvəndi üçün randevu götürülməsi təlimatında əksini tapıb. Bildirilib ki, “randevu.its.gov.az” saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən […]

Sosial

“Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirdi

“Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir”. XəbərAl.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib. O bildirib ki, mövcud qaydalara görə beş ildən bir əhali-abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır. Qurumun […]

Sosial

Ünvanlı sosial yardımla bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda ünvanlı yardımların əhatə dairəsi genişləndiriləcək. XəbərAl.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb. Milli Prioritetlərdə qeyd olunub ki, ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının […]

Sosial

Azərbaycanda pensiya, müavinət və təqaüdlər artırılacaq

Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. XəbərAl.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb. Qeyd edilib ki, bu məqsədlə […]

Sosial

Rüsum azaldıldı

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır, bəzi xidmətlərə görə isə rüsum ləğv edilir. XəbərAl.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bu rüsumun məbləği 1,5 manat müəyyən edilir. Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində […]

Sosial

Prezident və xanımı yeni xəstəxananın açılışında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. XəbərAl.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. […]