Sosial

“Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirdi

Sharing is caring!

“Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir”.

XəbərAl.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O bildirib ki, mövcud qaydalara görə beş ildən bir əhali-abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır.

Qurumun mətbuat katibi ikinci məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sayğacların ümumiyyətlə istifadəsi müddətində onların iş prinsiplərində qüsurların yaranması mümkündür:

“Dövlət yoxlanışı zamanı heç də sayğacların hamısı saz vəziyyətdə çıxmır. Onların iş prinsiplərində qüsurların olması təcrübədə də özünü göstərir. Lakin bu heç də sayğacların sərfiyyatı artıq qeydə alması mənasını vermir. Yəni, açıqlamada qeyd olunan qüsur sayğacın artıq sərfiyyat qeydə alması anlamına gəlmir”.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir