Sosial

“Qanan da danışır, qanmayan da…“ – Rəşid Mahmudov

Azərbaycanda artıq tibb işçiləri və 65 yaşdan yuxarı şəxslər peyvənd olunmağa başlayıb. Lakin bəzi şəxslər peyvəndin fəsadlara yol açacağını düşünərək onu vurdurmağa tərəddüd edir. XəbərAl.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov peyvənd vurdurmağın vacib olduğunu vurğulayıb: “İnsanlar anlamırlar ki, peyvənd vurdurmayanda ölüm faizi çox […]

Sosial

Azərbaycanda polislər peyvənd olunur

Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb. XəbərAl.az xəbər verir ki, məlumatına görə, bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir. Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.

Sosial

Baş Prokurorluqda “Qanun keşikçiləri” filminin təqdimatı oldu – FOTOLAR

Fevralın 11-də paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olmaq, habelə bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən media-tur təşkil edilmişdir. Media-turdan sonra “Qanun keşikçiləri” adlı bədii […]

Sosial

Mehriban Əliyevanın tapşırığı ilə qazimiz Türkiyəyə müalicəyə göndərildi – Video

Vətən Müharibəsi qazisi Əzim Qafarov Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə müalicə olunması üçün Gülhanə xəstəxanasına göndərilib. XəbərAl.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağ Müharibəsində iştirak edənlərə dövlət qayğısı siyasətinə dəstək missiyasını davam etdirir. Belə ki, Mehriban Əliyevanın tapşırığı ilə Vətən Müharibəsinin iştirakçısı […]

Sosial

Uşaq bağçaları açılışa hazırdır – Fotolar

Ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq fevralın 15-dən  Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirəcəklər. XəbərAl.az xəbər verir ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq […]

Sosial

İstifadədə olan qaz sayğacları hansı xüsusiyyətlərinə görə fərqlənir? – VİDEO

“Öncədən ödəniş tipli sayğacın (smart-kart tipli sayğac) və mexaniki-elektron sayğacın qazın ölçülməsi prinsipi və metodunda heç bir fərq yoxdur, ölçmə prosesi eynidir”. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib. “Hər birinin daxili mexaniki hissəsinin quruluşu da eynidir. Bu sayğacların əsas fərqi ödəniş və istifadə prinsipindədir. […]

Sosial

Fevralın 15-də metro açılacaq? – RƏSMİ AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. ““Bakı Metropoliteni” QSC bir daha bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat […]

Sosial

Bakı metrosu bu tarixdən işə başlayır

“Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib. XəbərAl.az xəbər verir ki, bu barədə metropoliten işççiləri bildiriblər. Məlumatda deyilir ki, “Bakı Metropoliteni” stansiyalarını fevralın 15-dən sərnişinlərin üzünə açacaq, yəni həmin tarixdən metro uzun fasilədən sonra fəaliyyətini bərpa edəcək. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı […]

Sosial

Pensiya artımı bu şəxsləri əhatə edəcək – Rəsmi

“Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 %-ni əhatə edir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir”. XəbərAl.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, artım 2021-ci […]