Sosial

Şagirdlər poliklinikalarda tibbi baxışdan keçəcəklər? – Rəsmi açıqlama

Sharing is caring!

Son günlər sosial şəbəkələrdə şagirdlərin tibbi baxışdan keçməsi üçün öz ərazilərində yerləşən poliklinikalarına getməsi ilə bağlı səs yazıları yayılıb.

XəbərAl.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu məsələyə aydınlıq gətirib.

O, “Facebook” profilində bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

“Sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara getməsi ilə bağlı yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir”, – deyə nazirlik rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir