Secme Xeberler

Azərbaycanda internetin sürəti artıb

Azərbaycanda mobil və sabit genişzolaqlı internetin orta aylıq sürət artıb. XəbərAl.az-ın “Speedtest Global Index”in iyun ayı üzrə hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycan mobil internetin orta aylıq sürətinə görə iki pillə irəliləyərək 66-cı, sabit genişzolaqlı internetin orta aylıq sürətinə görə üç pillə irəliləyərək 122-ci yerdə qərarlaşıb.  Belə ki, ölkədə sabit genişzolaqlı internetin orta aylıq sürəti […]

Secme Xeberler

Bakcell şəbəkəsi Şuşada! — FOTO

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi.  İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım: Bakcell şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və  Bakcell şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.   “Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut […]

Secme Xeberler

“Whatsapp” istifadəçilərinin nəzərinə — 15 mayadək bunu etməsəniz…

Votsap mesenceri 15 maydan sonra yeni istifadə qaydaları və məxfilik siyasətini qəbul etməyən istifadəçilərlə bağlı qərarını açıqlayıb. XəbərAl.az axar.az-a istinadla xəbər verir ki, açıqlamada istifadəçilərin yeni məxfilik siyasətini qəbul etməsi üçün son günün 15 may olduğu bildirilib. Bu tarixdən sonra hələ də bu müqaviləni qəbul etməyənlərin mesencerdən istifadəsi tədricən məhdudlaşdırılacaq. Buna görə əvvəlcə istifadəçilərə müqaviləni qəbul […]

Secme Xeberler

Bakı Zooparkının açılmağına az qalıb

İki ildən artıqdır təmirə bağlanan Bakı Zooloji Parkında yenidənqurma işləri tamamlanmaq üzrədir.  Bu barədə Zooparkdan məlumat verilib. Bildirilib ki, parkda təxminən 2-2,5 aylıq iş qalıb. Təmir işləri tam bitəndən sonra Bakı Zooparkı ziyarətçilərin üzünə açılacaq: “Hazırda pandemiya şəraiti olduğuna görə təmirin nə vaxt bitəcəyi ilə bağlı konkret vaxt deyə bilmirik. Açılışdan sonra ziyarətçiləri bir çox […]

Secme Xeberler

Sabiq icra başçı dünyasını dəyişdi

Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov 70 yaşında dünyasını dəyişib.  Mərhum aprelin 30-da vəfat edib. A.Səlimov 1950-ci il noyabrın 7-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. I Qarabağ müharibəsi iştirakçısı olub. O, 1984-2006-cı illərdə Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarının polis şöbələrində yüksək vəzifələr tutub. 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub Xəbəral.az

Secme Xeberler

Muxtar Babayevin getməsi tələb olunur-Qanunsuz ova şərait yaradır

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin istefası tələb edilir. XəbərAl.az pravda.az-a istinadən xəbər verir ki, buna səbəb M.Babayevin Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə nadir quş növlərini ovlayan ərəblərlə bağlı tədbir görməməsidir. Qeyd olunur ki, nazirlik ərəbləri ərazidən kənarlaşdırmaq, hərəkətlərinə hüquq qiymət vermək əvəzinə, qurumun əməkdaşı onlara köməklik göstərir. Artıq sosial şəbəkədə #MuxtarBabayevistefa həştəqi […]

Secme Xeberler

Söz gəzdirmək, ara vurmaq…

Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) buyurur ki, bir insana günah olaraq hər eşitdiyini danışmaq bəsdir. Bu hədisdən anlaşılır ki, hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından […]

Secme Xeberler

İctimai fəal: Kamran Əliyev Prokurorluğa Yeni Bir Nəfəs Gətirdi

XəbərAl.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının üzvü Hüseynov Rafət Əzizağa oğlu Azərbaycan Respublikasının Prokuroru cənab Kamran Əliyevin fəaliyyətindən razılıq bildirib. R. Hüseynov söhbət əsnasında qeyd edib ki, Respublika prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi və fəaliyyətin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmağıyla bağlı mühüm […]

Secme Xeberler

DİQQƏT: “WhatsApp” bəzi smartfonlarda işləməyəcək

“WhatsApp” messenceri köhnə iPhone modellərində işləməyəcək. XəbərAl.az xəbər verir ki, bu barədə “WABetaInfo” portal məlumat yayıb. Belə ki, İOS tətbiqetməsinin son beta versiyasında iOS 9 və daha aşağı səviyyədə çalışan cihazlar üçün dəstək yoxdur. “WhatsApp” hələ bu məlumatı təsdiqləməyib. Hazırda iPhone əməliyyat sistemlərinin rəsmi siyahısında messencer tərəfindən dəstəklənən iOS 9 və daha yeni versiyalar mövcuddur.

Secme Xeberler

“WhatsApp”da yeni funksiya işə salındı

“WhatsApp” messencerinin kompüter versiyasında yeni funksiyalar peyda olub. XəbərAl.az-ın məlumatına görə, messencerin həmin versiyasında səsli mesaj və videozəng funksiyaları işə salınıb. Qeyd olunur ki, bu funksiyalar “Windows” və “Mac” platformlarında mümkündür. Bu günədək səsli mesaj və videozəng funksiyaları yalnız mobil telefonlarda mümkün idi.