Secme Xeberler

İctimai fəal: Kamran Əliyev Prokurorluğa Yeni Bir Nəfəs Gətirdi

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının üzvü Hüseynov Rafət Əzizağa oğlu Azərbaycan Respublikasının Prokuroru cənab Kamran Əliyevin fəaliyyətindən razılıq bildirib. R. Hüseynov söhbət əsnasında qeyd edib ki, Respublika prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi və fəaliyyətin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmağıyla bağlı mühüm tapşırıq və tövsiyələrə əsasən həyata keçirilir. Kamran Əliyev bu vəzifəyə təyin olunandan sonra, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəfaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılmasında muhum addımlar atmaqdadır.Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları məsələləri, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilmiş, bundan əlavə prokurorluğun fəaliyyətində mahiyyətcə yeni olan iki – Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdı. Bununla yanaşı, məhkəmələrlə dövlət itihamının müdafiəsinin keyfiyyətinin artırılması, bu sahədə vahid təcrübənin formalaşdırılması məqsədi ilə müvafiq əmrlə Baş Pro kurorluğun Dövlət İttihamının Müdafıəsi üzrə İdarəsinin yeni strukturu təsdiq edilmişdir. Yeni qaydaların tətbiqi, eləcə də aparılan struktur və kadr islahatları prokurorluq orqanlarının fəaliyyətinin çevikliyini artırmaqla, müxtəlif bürokratik maneələri aradan qaldırmaqla işin keyfiyyətinin yüksəlməsi nə səbəb olmuşdur. Prokurorluq orqanlarında aparılan struktur islahatları ilə yanaşı, kadr islahatları da həyata keçirilmiş və bu proses davam etməkdədir.Ölkə həyatının müxtəlif sahələrin də aşkar edilən korrupsiya faktları ilə əlaqədar cinayət işləri istintaq olunur, həbslər aparılır. Korrupsiyaya qarşı mübarizə sahəsində cənab Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq məqsədyönlü işlər görülür və bundan sonra da prokurorluq orqanları tərəfindən bu sahədə ciddi tədbirlərin görülməsi, o cümlədən korrupsiya şəbəkələrinin, korrupsiya sxemlərinin aşkar edilərək təqsirli şəxslərin məsuliyyətə cəlb olunması Kamran muəllimin bir başa Baş prokrur kimi nəticəsidir.Onu da qeyd edim ki, prokurorluq orqanlarının, eləcə də digər hüquq-mühafizə orqanlarının fəaliyyətinin, habelə məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi üçün zərurət yarandığı halda Baş prokuroruluq kimi qanunvericilik təşəbbüsü hüququndan istifadə etməyi nəzərdə tutan. Burada da əsas məqsəd qeyd edilən sahələrin fəaliyyətini daim inkişaf edən dövlətimizin tələblərinə uyğunlaşdırmaqla xalqa xidməti yeni müstəviyə yüksəltməkdədirBuda ondan xəbər verir ki, Cənab Kamran müəllim, Prezidentimiz Cənab İlham Əliyevə sədaqətlə xidmət edərək, yüksək peşəkarlıqla xalqımızın hüquqlarını müdafiə edir. Fəxrlə deyə bilərəm ki, Bu gün Prokurorluq orqanları əmin əllərdədir….

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir