Müharibə

MN: “Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlarlar yalandır”

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Müdafiə Nazirliyindən bildirilib. Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Xeberal.az

Müharibə

Baş prokurorluq: “Qanunsuz erməni silahlı qüvvələri Ağdamda ekskavatorçunu öldürməyə cəhd ediblər”

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib. […]

Müharibə

MN: “Xankəndinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” atəşinə tutulması yalandır”

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır. Bu barədə nazirliyin açıqlamasında deyilir. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada bildirilir. Xeberal.az

Müharibə

Azərbaycan MN növbəti dəfə Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Nazirlikdən verilən məlumata görə, bu halda antiterror tədbirləri dayandırılacaq. “Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən hər cür şərait yaradılır”, – deyə məlumatda […]

Müharibə

MN: “Mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır” – VİDEO

“Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki inrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır”. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. “Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir”, – deyə […]

Müharibə

Ordumuz mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb – VİDEO

“Azərbaycan Ordusu mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb”. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. Bununla da bir daha sübut olunur ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali […]

Müharibə

Azərbaycan MN Qarabağdakı erməni silahlılarını silahı yerə qoyaraq təslim olmağa çağırıb

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. “Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyen onlara yaxın durmamağı ve hər hansı yardım etməməyi […]

Müharibə

MN: “Bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribatdır”

“Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır”. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. “Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal […]